KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukrayna için zor devir dönem mi başlıyor

Kənan Novruzov: Ukrayna için zor devir dönem mi başlıyor

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
24 0

Ukrayna üçün çətin dövr başlayır, aldığı yardım başına bəla olur: Rusiyanın “gözü dönüb”
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb ki, Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək. Qeyd olunub ki, Rusiya ABŞ-nin elan etdiyi təhlükəsizlik yardımı Ukraynaya çatana qədər hücumları intensivləşdirməyə çalışa bilər: “Yəqin ki, Moskva yaranan məhdudiyyətlərdən istifadə etməyə cəhd göstərəcək”.İddiaya görə, Rusiya qüvvələri qarşıdakı həftələrdə Ukraynanın mühüm infrastruktur obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücum edə bilər”.
Məlum olduğu kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi təsdiqlənməsi üçün Senata ötürüləcək. Əslində amerikalı analitiklərin iddiası məntiqlidir. Belə ki, nə qədər ki, ABŞ-nin yardımı Ukraynaya çatmayıb, Rusiya bu fürsətdən istifadə etməyə çalışacaq. Qarşıdakı günlərdə Rusiyanın ciddi hücumlar həyata keçirəcəyi və müəyyən ərazi qazanclarına nail olması mümkündür. Çünki Kremldə başa düşürlər ki, ABŞ -nin dəstəyinin Ukraynaya çatmasından sonra vəziyyət dəyişə bilər. Beləliklə, Rusiyanın irəliləməsi daha da çətin olacaq. Qarşıdakı günlərdə Rusiyanın Ukraynanın kritik obyektlərə ciddi zərbələr endirməsi mümkündür. Amma Rusiya bununla nəyəsə nail ola bilməyəcək. Ümumiyyətlə, bundan sonra cəbhədə vəziyyətin ciddi formada dəyişəcəyi gözlənilmir. ABŞ – in təsdiqlədiyi yardım Kiyevə müvəqqəti üstünlük qazandıracaq.
Qarşıdakı aylarda Ukraynanın ciddi hərbi əməliyyatlar keçirməsi gözlənilir. Amma bu, müharibənin rəsmi Kiyevin maraqlarına uyğun formada, yəni Ukraynanın ərazi bütövlüyünə uyğun başa çatması üçün kifayət deyil.
Əksinə, Ukraynanın ciddi əks- hücum əməliyyatlarına Rusiya da adekvat cavab verəcək. Bu isə vəziyyəti daha da gərginləşdirəcək. Beləliklə, üçüncü dünya müharibəsi və nüvə silahının tətbiqi ehtimalı getdikcə artır.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA-nın əməkdaşı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir