KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukrayna Belqorodda əməliyyatlara başladı

Kənan Novruzov: Ukrayna Belqorodda əməliyyatlara başladı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
29 0

Ukrayna Belqorodda əməliyyatlara başladı: Ciddi itkilər hesabına olsa da buna razı olacaq

Türkiyənin “Haber Global” telekanalının saytında dərc olunan “Ukrayna qan gölünə çevriləcək. Böyük müharibənin ünvanı Belqorod” sərlövhəli məqalədə yazılıb ki, Rusiya Ukrayna ilə müharibədə çox böyük əks-hücuma hazırlaşır.

Qeyd olunub ki, Ukrayna qoşunları Rusiyanın Kursk vilayətindən çıxandan sonra bu dəfə Belqorod vilayətində genişmiqyaslı əks-hücuma başlayıb: “Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin qarşısını kəsib. İndi Rusiyanın çox böyük əks-hücuma keçəcəyi gözlənilir”.

Bildirilib ki, Ukraynanın Belqorodda əməliyyatlara başlamasının məqsədi Rusiyanın yaxın gələcəkdə atəşkəsə razı olmasıdır.

Həmçinin vurğulanıb ki, “Yeni Kursk müharibəsi” kimi xarakterizə edilən Belqorod döyüşlərində Rusiyanın imkanları Ukraynanınkından üç dəfə çoxdur.

Atəşkəslə bağlı danışıqlar hərb meydanındakı vəziyyətə birbaşa təsir edir. Belə ki, həm Kiyev, həm də Moskva başa düşür ki, danışıqlar tədricən yaxınlaşır. Belə olan vəziyyətdə hər iki tərəf mümkün danışıqlara əli güclü şəkildə getməyə çalışır.

Rusiya döyüş meydanında taktiki üstünlüyə malikdir. Bu, Rusiyanın hərbi imkanlarının, o cümlədən şəxsi heyətinin daha çox olması ilə bağlıdır. Buna baxmayaraq, Ukrayna dayanmır və Rusiya ərazisindən çıxmaq istəmir.

Kurskdan sonra Ukraynanın Belqorodda əməliyyatlara başlaması strateji addımdır. Burada bir neçə əsas məqsəd var. Birincisi, Rusiyanın fikrini Kurskdan yayındırmaq. İkincisi, Rusiya daxilində daha çox ərazi tutmaq. Üçüncüsü, Rusiya hərbi – siyasi elitasında psixoloji gərginlik yaratmaq. Dördüncüsü, Rusiya xalqını iqtidara qarşı narazı salmaq.

Təbiidir ki, Kurskda olduğu kimi, Belqorodda da Ukrayna ciddi itkilər verməli olacaq. Bu, hərbinin məntiqidir: adətən hücum edən tərəfin itkiləri daha çox olur. Ukrayna bunu gözə alır. Görünür, rəsmi Kiyev üçün indi prioritet olan hətta itkilər naminə olsa da, Rusiyadan çıxmamaq və ölkə daxilində ajiotaj yaratmaqdır.

Ukraynanın isətdiyi gözlənilən ərazi mübadiləsi məsələsində daha ügclü mövqedən çıxış etməkdir. Bunun üçün isə vaxt var ikən Rusiyanın daha çox torpağını tutmaq laızmdır. Bu, ciddi itkilər hesabına başa gəlsə belə…

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir