Kənan Novruzov: Üçüncü dünya müharibəsini İsrail başladacaq?
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında iyunun 19-da telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyət müzakirə edilib. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Qarşılıqlı razılaşma əsasında Rusiya Prezidenti Vladimir Putin ilə Çin sədri Si Cinpin arasında telefon danışığı baş tutub. Söhbət konstruktiv xarakter daşıyıb və əsasən Yaxın Şərqdəki mövcud vəziyyətin müzakirəsinə həsr olunub”, – o qeyd edib.
Y.Uşakovun sözlərinə görə, onlar iki ölkənin müvafiq qurumlarına və xidmətlərinə yaxın günlərdə sıx əlaqələr qurmaq və mümkün məlumatları mübadilə etmək üçün göstəriş verməyi razılaşdırıblar.
İsraillə İran arasında davam edən hərbi gərginliklə bağlı olaraq beynəlxalq ictimaiyyəti düşündürən əsas məsələ digər qlobal aktorların prosesə necə reaksiya verəcəyidir. Belə ki, ABŞ İsrailə açıq dəstək verməyə başlasa, Rusiya və Çin də İrana yardım edəcək. Doğrudur, rəsmi Moskvanın imkanları o qədər də çox deyil, başı öz müharibəsinə qarışıb. Amma Çin İrana dəstək verə biləcək iqtidardadır.
Əvvəl də dediyimiz kimi, İsrail bütün imkanları ilə çalışır ki, ABŞ -ni müharibəyə çəksin. Bu məqsədlə Təl – Əviv müxtəlif yollardan istifadə edə bilər. Gələcəkdə fərqli cəhdlərin şahidi ola bikərik.
Fikrimcə, ABŞ soyuqqanlı davranmağa çalışacaq. Və Rusiya ilə İranın proseslərə müdaxiləsinə zəmin yaratmayacaq. Çünki onsuz da vəziyyət hazırda İsrailin, yəni dolayısı ilə həm də Qərbin xeyrinədir.
Böyük güclər üz- üzə gəlir: ABŞ Çinlə qarşıdurmanın bir addımlığında
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkə ya İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə qoşula bilər, ya da problemin həlli üçün başqa yol seçə bilər. O, bu barədə Tramp jurnalistlərə bildirib.
“Siz mənim nə edəcəyimi bilmirsiniz. Bəlkə mən bunu edəcəm, bəlkə də yox”, – o qeyd edib.
Tramp vəziyyətin yaxın zamanda daha aydın olacağını vurğulayıb: “Növbəti həftə çox vacib olacaq”.
Davam edən İran- İsrail hərbi qarşıdurması fonunda ən çox maraq yaradan sual ABŞ-nin ortaya qoyacağı ritorika ilə bağlıdır. Bu, döyüşlərin perspektivi baxımından ən vacib məqamdır.
Vaşinqtonun, doğrudan da, bir neçə variantı var. Ağ Evin bu alternativlərdən hansını seçəcəyini yaxın günlərdə görəcəyik.
Məsələ burasındadır ki, İsrailin İrana hücumu kifayət qədər ağır nəticə ilə yadda qaldı, İranın onlarla generalı öldü. Bu hadisədən sonra İranın iki seçimi var idi: ya cavab verməmək, ya da adekvat addım atmaq. Birinci variant hərbi gərginliyin genişlənməsinin qarşısını ala bilərdi. Amma bu zaman İran bir sistem kimi daxildən çürüməyə, məhv olmağa başlayacaqdı. Proses vətəndaş müharibəsinə qədər uzana bilərdi.
Amma Tehran ikinci variantı seçdi və İsrail ərazisini vurmağa başladı. Bu, hazırkı əməliyyatların daha genişmiqyaslı müharibəyə çevrilməsinə şəraitm yarada bilər.
İndi İsrail həm də ABŞ-ni müharibəyə çəkmək istəyir. Və bunun üçün bütün mümkün imkanlardan istifadə edir.
Yeri gəlmişkən, qeyd edək ki, əslində Vaşinqtonun bununla bağlı narazı mövqeyi olmasa idi, Təl- Əviv çoxdan savaşa başlayardı. Ancaq ABŞ sona qədər İsrailə müqavimət göstərə bilmədi. Daha doğrusu, Təl- Əviv Vaşinqtonu dinləmədi.
Proseslərin bundan sonra necə inkişaf edəcəyi İranın ritorikasından, o cümlədən ABŞ ilə münasibətlərindən asılı olacaq. Əgər Tehran nüvə sazişi ilə bağlı konstruktiv mövqe ortaya qoysa, ABŞ neytrallığını qoruyacaq. Əks halda isə ABŞ mövcud durumdan istifadə edərək rəsmi Tehrana qarşı təzyiqləri artıra bilər. İsrail isə mümkün qədər çalışacaq ki, razılıq əldə olunmasın. Hücumun məqsədi də elə bu idi.
Bütün bunları nəzərə alsaq deməliyik ki, hərbi gərginlik yaxın zamanda başa çatmayacaq. Əksinə, vəziyyətin daha da pisləşəcəyi ehtimalı var.
Digər tərəfdən, Vaşinqton nüvə danışıqlarının pozulmaması üçün hərbi əməliyyatların başlanmasına qarşı idi. Amma indiki vəziyyət də “B” variantı kimi Ağ Evin maraqlarına cavab verir. ABŞ İranı sıxışdırmağa davam edəcək.
Əgər ABŞ İsrailə dəstək verirsə də belə, bu hələ ki sahədə özünü göstərmir. ABŞ İsrailə müəyyən kəşfiyyat məlumatları ötürə bilər, bu qədər. Ancaq İran nüvə danışıqları ilə bağlı radikal mövqeyini və ambisiyasını davam etdirsə, onda ABŞ daha ciddi formada İsrailə dəstək göstərə bilər.
Müəyyən müddətdən sonra ABŞ-nin İsrailə açıq dəstək verməsi mümkündür. Amma Tramp əvvəlcə mümkün riskləri nəzərə almalıdır. Məsələ burasındadır ki, ABŞ-nin İsrailə dəstəyi Çinin də İrana hərbi yardımı ilə nəticələnəcək. Bu isə supergüclər arasında birbaşa hərbi toqquşmaya gətirib çıxara bilər. ABŞ buna hazırdırmı?
İsrail-İran hərbi gərginliyi niyə başladı, necə bitəcək?- Şərh
CNN Ağ Evdəki və İsrail hakimiyyətindəki mənbələrə istinadən məlumat yayıb ki, İsrailin İrana qarşı hərbi əməliyyatı günlərlə deyil, həftələrlə davam edə bilər və bu, ABŞ administrasiyasının gizli razılığı ilə həyata keçirilir.
CNN bildirir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası qapalı müzakirələr zamanı əməliyyatın gözlənilən müddətinə etiraz etməyib. Ağ Evin sözçüsü təsdiq edib ki, ABŞ İsrailin planlarından xəbərdardır və onu üstüörtülü şəkildə dəstəkləyir.
Burada diqqət çəkən iki məqam var. Birincisi, hərbi əməliyyatların həftələrlə davam etməsi ilə bağlıdır. Əslində bu, gözləniləndir. Məsələ burasındadır ki, İsrailin İrana hücumu kifayət qədər ağır nəticə ilə yadda qaldı, İranın onlarla generalı öldü. Bu hadisədən sonra İranın iki seçimi var idi: ya cavab verməmək, ya da adekvat addım atmaq. Birinci variant hərbi gərginliyin genişlənməsinin qarşısını ala bilərdi. Amma bu zaman İran bir sistem kimi daxildən çürüməyə, məhv olmağa başlayacaqdı. Proses vətəndaş müharibəsinə qədər uzana bilərdi.
Amma Tehran ikinci variantı seçdi və İsrail ərazisini vurmağa başladı. Bu, hazırkı əməliyyatların daha genişmiqyaslı müharibəyə çevrilməsinə şəraitm yarada bilər.
Məsələ buradındadır ki, indi İsrail həm də ABŞ-ni müharibəyə çəkmək istəyir. Və bunun üçün bütün mümkün imkanlardan istifadə edir.
Yeri gəlmişkən, qeyd edək ki, əslində Vaşinqtonun bununla bağlı narazı mövqeyi olmasa idi, Təl- Əviv çoxdan savaşa başlayardı. Ancaq ABŞ sona qədər İsrailə müqavimət göstərə bilmədi. Daha doğrusu, Təl- Əviv Vaşinqtonu dinləmədi.
Proseslərin bundan sonra necə inkişaf edəcəyi İranın ritorikasından, o cümlədən ABŞ ilə münasibətlərindən asılı olacaq. Əgər Tehran nüvə sazişi ilə bağlı konstruktiv mövqe ortaya qoysa, ABŞ neytrallığını qoruyacaq. Əks halda isə ABŞ mövcud durumdan istifadə edərək rəsmi Tehrana qarşı təzyiqləri artıra bilər. İsrail isə mümkün qədər çalışacaq ki, razılıq əldə olunmasın. Hücumun məqsədi də elə bu idi.
Bütün bunları nəzərə alsaq deməliyik ki, hərbi gərginlik yaxın zamanda başa çatmayacaq. Əksinə, vəziyyətin daha da pisləşəcəyi ehtimalı var. Bu mənada CNN iddiaları doğru ola bilər.
ABŞ-nin gizli razılığı məsələsinə gəldikdə isə bildirməliyik ki, bu mümkündür. Doğrudur, Vaşinqton nüvə danışıqlarının pozulmaması üçün hərbi əməliyyatların başlanmasına qarşı idi. Amma indiki vəziyyət də “B” variantı kimi Ağ Evin maraqlarına cavab verir. ABŞ İranı sıxışdırmağa davam edəcək.
Əgər ABŞ İsrailə dəstək verirsə də belə, bu hələ ki sahədə özünü göstərmir. ABŞ İsrailə müəyyən kəşfiyyat məlumatları ötürə bilər, bu qədər. Ancaq İran nüvə danışıqları ilə bağlı radikal mövqeyini və ambisiyasını davam etdirsə, onda ABŞ daha ciddi formada İsrailə dəstək göstərə bilər.
Kənan Novruzov
Share this content:
Yorum gönder