KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Türkiyə və ABŞ səylərini birləşdirir: Ukraynada sülh yaxınlaşır

Kənan Novruzov: Türkiyə və ABŞ səylərini birləşdirir: Ukraynada sülh yaxınlaşır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
16 0

Türkiyənin “Haber Global” televiziyasının saytında dərc olunan “Rusiyadan sülh əli, Ankara ilə ortaq strategiya quracaq” sərlövhəli məqalədə yazılıb ki, Ankara ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyətə gələndən sonra Rusiya ilə Ukrayna arasındakı danışıqlarda vasitəçi ola bilər.
Qeyd  olunur ki, “pərdəarxası” məlumatlara görə, Rusiya belə bir vasitəçiliyi planlaşdırır: “Mütəxəssislərin fikrincə, Moskva Ermənistan və Mərkəzi Asiyada təsir imkanlarını zəiflədib. Beləliklə, Türkiyənin Rusiya ilə diplomatik münasibətlərdəki gözləntiləri artıb. Ekspertlər hesab edirlər ki, Türkiyə Rusiyaya qarşı meydan oxuyacaq addım atmayacaq, Ankara Moskva və Qərb arasındakı vasitəçilik rolunu gücləndirəcək”.

Məlum olduğu kimi, ötən ilin noyabrında ABŞ-də keçirilmiş prezident seçkilərində Tramp qalib gəlib. Yanvarın 20-də onun andiçmə mərasimi keçiriləcək.

Əvvəl də dediyimiz kimi, Trampın andiçməsindən sonra Rusiya- Ukrayna müharibəsinin gedişatında ciddi proseslərin baş verməsi mümkündür. ABŞ-nin Ukraynaya dəstəyinin azaldılması və bunun nəticəsində Kiyevin Moskva ilə danışıqlar masasına otuzdurulması mümkündür. Yəni indi danışıqlar əvvəlkinə nisbətən daha real görünür.

Mümkün danışıqlarda ABŞ -la yanaşı, Türkiyə də iştirak etmək istəyəcək. Məsələ burasındadır ki, müharibə ilə bağlı Trampın mövqeyi Ankara üçün daha məqbuldur, nəinki sələfi Baydenin.

Türkiyə müharibənin bitməsində maraqlıdır və bunun üçün səmimi səylər göstərir. Çünki Ankaranın həm Kiyev, həm də Moskva ilə normal səviyyədə münasibətləri var. Ona görə də seçim qarşısında qalmaq istəmir.

İkincisi, Türkiyə NATO üzvü olmasına baxmayaraq, Rusiyaya qarşı “səlib yürüşü”nə qoşulmur. Ankara başa düşür ki, Qərb müharibə vasitəsilə Şərqi Avropadakı təsir imkanlarını gücləndirmək niyyətindədir. Türkiyə bu oyunu pozmağa çalışır.

Türkiyə tərəflər arasında, bəlkə də, ən ideal vasitəçidir. Ankara bunu bir neçə dəfə göstərib. Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi bir neçə dəfə məhz Türkiyənin vasitəçiliyi ilə imzalanıb. Həmçinin Qara dənizdən taxıl daşınması barədə razılıq Türkiyənin təşəbbüsü və səyləri nəticəsində əldə edilib.

Ən vacibi isə tərəflər vaxtı ilə İstanbulda keçirilən görüşdə sülhün bir addımlığında idilər. Ancaq sonradan “gizli əllər” işə düşdü və mümkün sülhün qarşısı alındı.
Yəni Türkiyə ideal vasitəçi kimi özünü təsdiqləyib. Deməli, Tramp hakimiyyəti Ukrayna ilə Rusiya arasında, həqiqətən, sülhə nail olmaq istəsə, mütləq Türkiyənin də köməyindən istifadə edəcək. Bu isə Ankara ilə Vaşinqton arasında sözügedən məsələ barədə təmasların intensivləşməsini gündəmə gətirəcək.

Bundan başqa, məhz Trampın hakimiyyəti dövründə Türkiyənin iştirakı ilə Qərblə Rusiya arasında münasibətlərin qismən normallaşması mümkündür.

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir