KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Türkiyə Suriya və İraqda quru əməliyyatlarına başlayacaq: yanvarın ilk həftələrində…

Kənan Novruzov: Türkiyə Suriya və İraqda quru əməliyyatlarına başlayacaq: yanvarın ilk həftələrində…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
256 0

Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar bir gün əvvəl Moskvada rusiyalı həmkarı Sergey Şoyqu və suriyalı həmkarı Əli Abdullah Əyyubla müzakirə etdiyi mövzuları açıqlayıb. O bildirib ki, tərəflər Suriyadakı durum barədə fikir mübadiləsi aparıblar. Akarın sözlərinə görə, üçtərəfli görüşdə Suriya və regiondakı durumun ən qısa müddətdə müsbət istiqamətdə inkişaf etməsi, sülhün, sabitliyin təmin olunması üçün hansı addımların atılmasının lazım olduğu müzakirə edilib.
Məlum olduğu kimi, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında hava əməliyyatlarına başlamışdı. Həmin vaxtdan bu yana Türkiyə ordusunun quru əməliyyatlarına start verməsi də gözlənilir. Türkiyəli rəsmilər, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan və Akar bu ehtimalı istisna etməyiblər.
Türkiyənin Suriya və İraqda quru əməliyyatlarına başlaması Rusiyanın maraqlarına uyğun deyil. Əksinə, Moskva bundan narahatdır. Çünki ehtimal edilən quru əməliyyatları Rusiyanın ərazidəki mövqelərinə zərbə ola bilər.
Türkiyənin əsas narahatlığı isə terror təhlükəsi ilə bağlıdır. Deməli, terrorçular ya Rusiya və Suriyanın birgə səyləri ilə regiondan çıxarılmalı, ya da Türkiyə quru əməliyyatlarına başlamalıdır.
Əslində indiki məqamda Moskva Ankaranın maraqlarını görməzdən gələ bilməz. Birincisi ona görə ki, Ukrayna ilə davam edən müharibədə Türkiyə neyral mövqe sərgiləyən, Rusiyaya təzyiq göstərməyən, sanksiayalara qoşulmayan nadir Avropa, yeganə NATO dövlətidir. İkincisi, tərəflərin mövqeləri bir sıra regionlarda, o cümlədən Cənubi Qafqazda da toqquşur. Əgər Moskva Ankaranın təhlükəsizliklə bağlı qayğılarına nəzərə almasa, bu, gələcəkdə ikitərəfli münasibətlərə zərbə vura bilər.
Əlbəttə, ehtimal olunan quru əməliyyatını Suriya özü də istəmir. Sözsüz ki, quru əməliyyatları hava əməliyyatlarından daha ciddi nəticələrə səbəb olacaq. Mehmetçik isə çoxdan özünü təsdiqləyib…
Buna baxmayaraq, terrorçuların tamamilə Suriya və İraqdan çıxması da ağlabatan görünmür. Çünki məsələ daha dərindir: müxtəlif Qərb dövlətləri, o cümlədən ABŞ həmin terrroçular vasitəsilə Türkiyəyə təzyiq göstərməyə çalışırlar. Zaman-zaman Suriyadan keçmək istəyən, hətta qardaş ölkədə partlayış törədən terrorçuların Qərbdən idarə olunması təsdiqlənib. Bu mənada anti-terror əməliyyatı keçirilmədən Suriya və İraqın terrorçulardan “təmizlənəcəyi” ağlabatan deyil.
Akar, həmçinin bildirib ki, qarşıdakı günlərdə həyata keçiriləcək addımlar Suriyada sülhün və sabitliyin təmin olunmasına ciddi töhfə verə bilər. Qarşıdakı günlərdə tərəflər arasında telefon əlaqələri baş tuta bilər. Amma, çox güman ki, 2023-cü ilin ilk həftələrində Türkiyə Suriya və İraqda yeni əməliyyata başlayacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir