Məlum olduğu kimi, Türkiyə Rusiya ilə Ukrayna arasındakı böhranda neytrallığını qorumağa davam edir. Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Ankaranın vasitəçiliyini təklif etmişdilər. Onlar bildirmişdilər ki, Türkiyə sabitlikdə, məsələlərin diplomatik yolla həllində maraqlıdır. Moskva buna rəsmi cavab verib. Kreml sözçüsü Dmitri Peskov Türkiyənin vasitəçilik təşəbbüsünə mənfi yanaşmadıqlarını söyləyib: “Biz heç bir dövlətin vasitəçiliyinə etiraz etmirik”. Əlbəttə, Rusiyanın bu cavabı heç də təəccüblü deyil. Şimal qonşumuzun qardaş ölkənin vasitəçilik təklifindən imtina etməsi dekonstruktiv mövqe kimi qiymətləndiriləcək və beynəlxalq ictimaiyyətdə ona qarşı olan hiddəti daha da artıracaqdı. Şübhəsiz, Rusiyada bunu başa düşməmiş deyillər. Elə ona görə sülhdən yana olduqlarını göstərməkdən ötrü belə açıqlama veriblər.
Hazırda tərəflər arasında ən real vasitəçi məhz Ankaradır. Çünki Türkiyənin hər iki tərəflə yaxşı münasibətləri var.
Qərb, o cümlədən ABŞ rəsmiləri, az qala, hər gün Rusiyaya xəbərdarlıq edir, müharibə başlayacağı təqdirdə ağır sanksiyalar tətbiq edəcəklərini deyirlər. Özü etiraf etsə də, etməsə də, bu, Rusiyanı çəkindirir. Əks halda, bəlkə də, çoxdan Ukraynaya hücuma keçmişdi. Türkiyə NATO dövləti olmaqla yanaşı, həm də Qərbin regiondakı təmsilçisidir. Böyük ehtimalla, Moskva Ankara ilə münasibətlərini yaxşı saxlamaq, həmçinin onun vasitəçilik təşəbbüsünə “hə” deməklə Qərbdən gələ biləcək təhdidlərin qarşısını almaq istəyir. Bu mənada Türkiyənin Rusiya üçün bir növ “qalxan” rolunu oynaya biləcəyini desək, yəqin, yanılmarıq. Şübhəsiz, Türkiyənin vasitəçiliyi təkcə Rusiyanın yox, Ukrayna və Qərbin də ürəyincədir. Çünki Avropa hər nə qədər Kiyevin yanında olduğunu desə də, Ukraynanın Rusiya ilə müharibə aparacaq gücü yoxdur. Birdən- birə geri çəkilmək isə Vladimir Zelenski hakimiyyətinə qarşı daxili narazılıqlara səbəb ola bilər. Bu mənada Ankaranın işə qarışması Kiyev üçün “göydən düşmədir”. Qərb isə bilir ki, Türkiyə Rusiyanın “damarını tutmağı” yaxşı bacarır. İkinci Qarabağ müharibəsindən sonrakı dövr də bunu göstərdi.
Türkiyənin vasitəçilik missiyası savaş ehtimalını xeyli aşağı salacaq. Hətta güman etmək olar ki, qardaş dövlət tərəflər arasında kompromisə nail ola bilər. Bu isə dediyimiz kimi, indiki halda bütün tərəflər üçün arzuolunandır. Çünki genişmiqyaslı hərbi əməliyyatların başlanması nəinki iştirakçılar, planet üçün ciddi təhlükə vəd edir. Demeli, yaxın gələcəkdə Türkiyənin proseslərdə daha da fəallaşması gözləniləndir.
Kənan Novruzov Kafkassam
Kənan Novruzov: Türkiyə Rusiya- Ukrayna prosesində fəallaşacaq
426 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.