KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Türkiyə Qərblə mübarizə aparır: müharibə bitəcəkmi?

Kənan Novruzov: Türkiyə Qərblə mübarizə aparır: müharibə bitəcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
395 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən rusiyalı həmkarı Vladimir Putinlə danışıb. Bir gün əvvəl isə Türkiyə lideri ilə Ukrayna dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olmuşdu. Liderlər nümayəndə heyətlərinin İstanbul görüşünü və proseslərin gələcək perspektivlərini müraciət ediblər.
Məlum olduğu kimi, Ərdoğan liderlər səviyyəsində görüşə ev sahibliyi etmək istədiklərini və buna hazır olduqlarını bildirmişdi. Əvvəllər də dediyimiz kimi, Ankara tərəflər arasında vasitəçi olmaqda, onları diplomatiya masası arxasına gətirməkdə və müharibəyə son qoymaqda israrlıdır. Savaşın bitməsinin Türkiyəyə vəd etdiyi dividentlər bəllidir. Yəqin ki, yaxın vaxtlarda prezidentlərin görüşü ilə bağlı razılıq əldə olunacaq. Amma bu, Qərb üçün arzuolunan deyil. Deməli, belə demek mümkünsə, indi həm də Türkiyə ilə Qərb arasında mübarizə gedir. Qərb ölkələrinin tərəfləri cilovlamaq əvəzinə, Rusiyanı daha da aqressivləşdirmələri, Ukraynanı silahlandırmaları bunu deməyə əsas verir. Kremlə tətbiq olunan sanksiyaların məqsədi müharibəyə son qoymaq yox, həmin dövləti zəiflətməkdir. Bu müddət ərzində Ukraynanın nə qədər zərər görəcəyi isə ABŞ və müttəfiqlərini maraqlandırmır.
Yəni Qərb müharibənin davam etməsi üçün çox şeyi etməyə hazırdır. Bu mənada Türkiyəyə təzyiqlərin artması ilə yanaşı, yaxın günlərdə süni formada savaşın daha fəal fazasının başlanması da mümkündür. Bu nöqteyi- nəzərdən Vaşinqtonun Kiyevə dəstəyinin artması da istisna deyil. Moskva zəiflədiyini, döyüş şəraitinə nəzarəti itirdiyini gördükcə qıcıqlanacaq, soyuqqanlı düşünmək istəməyəcək. Beləliklə, sülh ehtimalı aşağı düşəcək.
Bu mənada proseslər Türkiyənin, yoxsa Qərbin daha cəlb tərpənəcəyindən, hansının daha effektiv addımlar atacağından asılıdır. Bütün hallarda müharibəyə ən qısa vaxtda son qoyulması və Qərbin planlarının puç olması ehtimalı daha çoxdur. Çünki birincisi, savaşın uzanması nə Moskvaya, nə də Kiyəvə sərf edir. İkincisi, Türkiyə hər iki tərəflə yaxşı münasibət olan, “dil tapan” və etibar qazanmış, bəlkə də, yeganə ölkədir. Yəni Putin də, Zelenski də Ərdoğanın çağırışlarına etinasız yanaşmaq istəməzlər. Üçüncüsü, Türkiyə NATO- nun əsas üzvlərindən biridir. Alyans daxilində Ankara ilə hesablaşırlar. Bir sözlə, yaxın həftələr həlledicidir. Proseslər artıq təkcə Rusiya ilə Ukrayna arasında müharibə yox, həm də Qərblə Türkiyənin mübarizəsidir.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir