Türkiyənin Qarabağ məsələsi ilə bağlı Azerbaycan- Rusiya- Ermənistan üçtərəfli formatında iştirak etməməsi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olur.
Doğrudur, Azərbaycan- Rusiya- Ermənistan əlaqələrində Türkiyə faktiki olaraq masada deyil. Fikrimcə, buna heç ehtiyac da yoxdur. Birincisi, Ankara masada olmasa belə, təminatçı və “oyun qaydalarını” diktə edən əsas tərəflərdən biridir. Təsadüfi deyil ki, üçtərəfli münasibətlərlə bağlı hansısa görüşdən, əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında təmaslar olur və razılıq əldə. Bu, qardaş ölkənin proseslərdəki rolunun təzahürü kimi qiymətləndirilə bilər.
Əlbəttə, Moskva Ankara ilə hesablaşır və buna məcburdur. Bunun üçün Türkiyənin rəsmi olaraq masada olmasını elan etməsinə gərək yoxdur. Hətta bu, bəlkə də, əks effekt verə bilər. Məsələ ondan ibarətdir ki, hazırda baş verənlər heç də Rusiyanın ürəyincə deyil. Ancaq Kreml fakt qarşısındadır. İkinci bir tərəfdən vasitəçilik statusu ilə neytrallığını elan edib. Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur. Şübhəsiz, qardaş dövlət masaya gəlsə Azərbaycanla eyni mövqedən çıxış edəcək. Bu isə Rusiyanın açıq aşkar Ermənistanı dəstəkləməsinə şərait yaradacaq. Eyni zamanda belə bir halda İrəvan türkəfobiya ilə bağlı növbəti dəfə dünya ictimaiyyətinə car çəkə, özünü beynəlxalq ictimaiyyətdə təklənmiş kimi göstərməyə çalışa bilər. Onsuz da Ermənistan indi belə bir fürsət axtarır.
Onu da nəzərə almaq lazımdır ki, proseslər 9 noyabr 2020 və 11 yanvar 2021 üçtərəfli razılaşmaları üzrə cərəyan edir. Türkiyənin həmin sənədlərdə imzası yoxdur.
Əsas məsələlərdən biri isə budur ki, Türkiyə üçtərəfli formata qoşulsa, Ərdoğan Paşinyanla eyni masa arxasında oturmalı olacaq. Türkiyə lideri isə bunu qətiyyən istəmir. Habelə Ermənistan baş nazirinin Ankaraya potensial səfərləri də “suları bulandıra” bilər.
Lakin bütün hallarda Ankara Qarabağ ətrafında baş verənlərin əsas və aparıcı “oyunçusudur”. Və Türkiyənin proseslərə müdaxilə imkanı heç də Rusiyadanı imkanlarından az deyil. Əlbəttə, hansısa arzuolunmaz halda Ankara dərhal sözünü demək iqtidarındadır. Bunu bütün tərəflər, o cümlədən də Rusiya bilir.
Kənan NovruzovKafkassam
Kənan Novruzov: Türkiyə masada olmalıdırmı?
347 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.