KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Türkiyə israrlıdır

Kənan Novruzov: Türkiyə israrlıdır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
327 0

Türkiyə israrlıdır, amma…
“Ötən həftələrdə Ukrayna və Rusiya arasında danışıqlardan uzaqlaşma olmuşdu”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.
“Amma son günlərdə istər Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamaları, istərsə də bizim etdiyimiz təmaslardan yenidən danışıqlara qayıtmaq üçün zəminin ola biləcəyini görürük. Hər iki tərəf buna razı olarsa, biz də vasitəçi olaraq öhdəmizə düşəni edərik”, – XİN başçısı qeyd edib.
Türkiyə vasitəçilik təşəbbüsünü davam etdirir. Əslində Ankaranın tərəfləri danışıqlar masasına əyləşdirmək arzusu indi daha çoxdur. Buna səbəb isə Finlandiya və İsveçin NATO-ya mümkün üzvlüyünə görə Alyansla Türkiyə arasında gərginləşən münasibətlərdir. Ola bilsin, indi Ankara Qərbin “oyununu pozmağı” hər zamankından daha çox istəyir və danışıqları bərpa etməklə NATO dövlətlərinə “sizin bacarmadığınızı biz bacardıq” mesajını vermək niyyətindədir. Çavuşoğlunun çıxışı zamanı vasitəçilik təklifini yenidən xatırlatması da bu fikri sübut edir.
İndiki vaxtda Kiyevin hərbi əməliyyatları dayandırması real görünmür. Çünki torpaqlarının xeyli hissəsi, təxminən 20 faizi işğal altındadır. Yəni Moskvanın “əli daha güclüdür”. Zelenski hətta daha çox itkinin və dağıntının qarşısının alınması məqsədilə danışıqlara razı olsa belə, işğal faktı daxildə iqtidar əleyhinə narazılıqlara səbəb ola bilər. Ona görə də Ukrayna hakimiyyəti hələlik danışıqlar üçün tələsmir. Ola bilsin, Qərbin vədləri və göndərdiyi silahlar da bu məsələyə təsir edir.
Ukrayna danışıqlar masasına oturanadək işğal altında olan ərazilərinin böyük hissəsini azad etməyə çalışacaq. Çünki əks halda danışıqlar Kiyevin maraqlarına uyğun nəticələnməyəcək.
İndi danışıqlara başlamaq Ukraynadan daha çox Rusiyaya sərf edir. Çünki, birincisi, Ukrayna torpaqlarını tutduğuna görə “əli daha güclüdür”. İkincisi, Rusiyanın gücü artıq tükənir. Üçüncüsü isə Qərbin tətbiq etdiyi sanksiyalar Kremlin iqtisadiyyatına ağır zərbə vurur. Əlbəttə, müharibə uzandıqca Moskvanın durumu daha da ağırlaşacaq.
Bəlkə də, qane edəcək şərtlər daxilində Rusiya sülhə yaxınlaşmaq istəyə bilər. Amma Qərb buna imkan verməyəcək. Kollektiv Qərb danışıqların prioritet olduğunu görsə, Ukraynaya silah tədarükünü artırmaqla yenidən durumu gərginləşdirməyə çalışa bilər. Çünki müharibənin bitməsi Qərbin maraqlarına uyğun deyil. Məqsəd isə Rusiyanın zəiflətməkdir.
Bu mənada, ola bilsin ki, yaxın gələcəkdə tərəflər arasında hansısa səviyyədə danışıqlar qrupu bərpa edilsin. Amma döyüşlərin tamamilə dayanacağı və Rusiya ilə Ukraynanın prosesləri diplomatik müstəvidə davam etdirmək barədə qərar qəbul edəcəkləri ağlabatan deyil.

Kənan NovruzovKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir