Şimdi yükleniyor

Kənan Novruzov: Türkiyə İsrail- İran məsələsində təmkinli davranacaq, çünki…

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 20-də Almaniya Kansleri Fridrix Mertslə telefonla danışıb. Ərdoğan deyib ki, İranla nüvə mübahisəsinin həlli yolu danışıqlardan keçir, İsrailin hücumları isə nüvə yanacağının sızması ehtimalını artırır.
Onun sözlərinə görə, İsrailin İrana hücumu ilə başlayan münaqişə prosesi regional təhlükəsizliyə təhdidi maksimum dərəcədə artırıb.

O, həmçinin qeyd edib ki, İsrailin İrana hücumları miqrasiya baxımından Avropaya ziyan vura bilər.

R.T.Ərdoğan bildirib ki, Türkiyə münaqişənin dayandırılması və sabitliyin bərpası üçün səy göstərir və bu səylər davam etdiriləcək.
Məsələ burasındadır ki, İsrailin İrana hücumu kifayət qədər ağır nəticə ilə yadda qaldı, İranın onlarla generalı öldü. Bu hadisədən sonra İranın iki seçimi var idi: ya cavab verməmək, ya da adekvat addım atmaq. Birinci variant hərbi gərginliyin genişlənməsinin qarşısını ala bilərdi. Amma bu zaman İran bir sistem kimi daxildən çürüməyə, məhv olmağa başlayacaqdı. Proses vətəndaş müharibəsinə qədər uzana bilərdi.
Amma Tehran ikinci variantı seçdi və İsrail ərazisini vurmağa başladı. Bu, hazırkı əməliyyatların daha genişmiqyaslı müharibəyə çevrilməsinə şəraitm yarada bilər.

İndi İsrail həm də ABŞ-ni müharibəyə çəkmək istəyir. Və bunun üçün bütün mümkün imkanlardan istifadə edir.
Yeri gəlmişkən, qeyd edək ki, əslində Vaşinqtonun bununla bağlı narazı mövqeyi olmasa idi, Təl- Əviv çoxdan savaşa başlayardı. Ancaq ABŞ sona qədər İsrailə müqavimət göstərə bilmədi. Daha doğrusu, Təl- Əviv Vaşinqtonu dinləmədi.
Proseslərin bundan sonra necə inkişaf edəcəyi İranın ritorikasından, o cümlədən ABŞ ilə münasibətlərindən asılı olacaq. Əgər Tehran nüvə sazişi ilə bağlı konstruktiv mövqe ortaya qoysa, ABŞ neytrallığını qoruyacaq. Əks halda isə ABŞ mövcud durumdan istifadə edərək rəsmi Tehrana qarşı təzyiqləri artıra bilər. İsrail isə mümkün qədər çalışacaq ki, razılıq əldə olunmasın. Hücumun məqsədi də elə bu idi.

Bütün bunları nəzərə alsaq deməliyik ki, hərbi gərginlik yaxın zamanda başa çatmayacaq. Əksinə, vəziyyətin daha da pisləşəcəyi ehtimalı var.

Digər tərəfdən, Vaşinqton nüvə danışıqlarının pozulmaması üçün hərbi əməliyyatların başlanmasına qarşı idi. Amma indiki vəziyyət də “B” variantı kimi Ağ Evin maraqlarına cavab verir. ABŞ İranı sıxışdırmağa davam edəcək.

Əgər ABŞ İsrailə dəstək verirsə də belə, bu hələ ki sahədə özünü göstərmir. ABŞ İsrailə müəyyən kəşfiyyat məlumatları ötürə bilər, bu qədər. Ancaq İran nüvə danışıqları ilə bağlı radikal mövqeyini və ambisiyasını davam etdirsə, onda ABŞ daha ciddi formada İsrailə dəstək göstərə bilər.

Müəyyən müddətdən sonra ABŞ-nin İsrailə açıq dəstək verməsi mümkündür. Amma Tramp əvvəlcə mümkün riskləri nəzərə almalıdır. Məsələ burasındadır ki, ABŞ-nin İsrailə dəstəyi Çinin də İrana hərbi yardımı ilə nəticələnəcək. Bu isə supergüclər arasında birbaşa hərbi toqquşmaya gətirib çıxara bilər. ABŞ buna hazırdırmı?
Bütün bunları nəzərə alsaq deməliyik ki, hərbi gərginlik beynəlxalq təhlükəsizlik üçün, doğrudan da, təhdiddir.
Türkiyənin mövqeyinə gəldikdə isə, məncə, Ankara hələ gözləmə mövqeyindədir. Türkiyə hər nə qədər İsrailə qarşı olsa da, təmkinli davranacaq. Birincisi ona görə, Ankara Vaşinqtonla münasibətləri pozmaq istəməz. İkincisi isə İranın zəifləməsi Türkiyənin də marağındadır. Çünki İran bir çox regionda, o cümlədən Cənubi Qafqazda Türkiyənin “ayağına dolanır”. Bu mənada Ankara hələlik gözləyəcək.

Kənan Novruzov

Share this content:

Yorum gönder