”
Yanvarın 30- da Türkiyə xarixci işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Tərəflər Suriyadakı vəziyyəti və regional məsələləri müzakirə ediblər.
Hər iki ölkənin Suriyanın siyasi birliyinə dəstəyi vurğulanıb, bu ölkədəki siyasi keçid prosesinin inklüziv olmasının əhəmiyyəti qeyd edilib.
Əvvəl də dediyimiz kimi, 2024- cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada yeni reallıq yaranıb. Rəsmi Ankara faktiki olaraq “oyun qaydalarını” dəyişib. Bu, digər oyunçuların, o cümlədən Rusiyanın yeni reallıqlara uyğunlaşmasını labüd edir.
B.Əsəd rejiminin devrilməsi ilə Rusiyanın regiondakı təsir imkanları əhəmiyyətli dərəcədə azaldı. Başqa sözlə desək, Türkiyə Rusiyanı Suriyadan çıxardı.
İndi əsas məsələsi Moskva və Ankaranın Suriyadakı “oyun qaydalarını” bundan sonra necə quracaqları ilə bağlıdır.
Rusiya Suriyadan tam çıxmamağa, əksinə itirdiyi təsir imkanlarını bundan sonra qismən bərpa etməyə çalışır. Bunun üçün Ankaranın ilə dialoq və Türkiyənin maraqlarının nəzərə alınması şərtdir. Odur ki, Rusiya bundan sonra Türkiyənin “dilini tutmağa çalışacaq”.
Rusiyanın Suriyadakı bundan sonrakı mövcudluğu məhz Türkiyədən asılıdır. Rusiya Türkiyənin icazə verdiyi qədər Suriyada olacaq. Bu isə perspektivdə tərəflər arasında siyasi ticarət predmetinə çevrilə bilər.
Kənan Novruzov