KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə niyə icazə verdi: “Seçkilərə müdaxilə…”

Kənan Novruzov: Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə niyə icazə verdi: “Seçkilərə müdaxilə…”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
194 0

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb, qərar aprelin 1-də “Rəsmi Gazete”də dərc olunub.

Madrid razılaşmasına əsasən, vədlər yerinə yetirdiyi müəyyən edildikdən sonra 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında Protokol” təsdiq olunub.
Məlumatda Finlandiyanın terrora münasibətinin Türkiyə tərəfindən nəzarətdə saxlanıldığı bildirilib.

Türkiyə Böyük Millət Məclisi (TBMM) Finlandiyanın NATO-ya daxil olmasını martın 31-də təsdiqləyib. Parlamentdə qəbul edilən qanun “Resmi Gazete”də dərc olunduqdan sonra qüvvəyə minib. Qərar rəsmiləşdikdən sonra Finlandiyanın NATO-ya üzvlük prosesi Brüsseldə davam edəcək.

Bundan əvvəl NATO-ya üzv olan 29 ölkə Finlandiyanın üzvlüyünü qəbul etmişdi.
Beləliklə, Alyans üzvlərinin sayı 30-dan 31- ə yüksəlib.

İsveç və Finlandiya xeyli vaxtdır NATO- ya üzv olmaq istəyirdi. Amma həmin dövlətlər terroru dəstəklədiklərinə görə Türkiyə onların üzvlüyünü təsdiqləmirdi. Buna baxmayaraq, Helsinkinin Stokholma nisbətən daha tez arzusuna çatacağı gözlənilən idi.

Bunun üçün iki əsas məqamı xatırlamaq yerinə düşər. Birincisi, Türkiyə rəsmiləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə bildirmişdi ki, İsveçə nisbətən Finlandiyanın NATO – ya üzvlüyünə daha loyal yanaşılır. Bunun əsas səbəbi isə həmin dövlətin Ankaranın şərtlərini yerinə yetirməsidir.

İkinci bir tərəfdən, Finlandiya və İsveçin NATO- ya ayrı – ayrı vaxtlarda üzv ola biləcəyi məsələsi gündəmdə idi. Bu isə o deməkdir ki, Stokholmun daha tez Alyans ölkələri sırasına qoşulacağı şübhəsiz idi.

Finlandiyanın NATO- ya üzvlüyü ilə, sözsüz ki, Alyans daha da gücləndi. Bu, Rusiyanın ürəyincə deyil. Stokholmun Alyansa üzvlüyünü təsdiqlədiyinə görə Moskva Ankaradan “inciyə bilər”. Amma Rusiya da başa düşür ki, Türkiyə istəsə hər iki dövlətin üzvlüyünü ratifikasiya edə bilərdi. Bu isə Moskva üçün daha təhlükəli idi. Deməli, Rusiya üçün “stəkanın dolu tərəfi də” var. Məhz bu səbəbdən Moskva – Ankara münasibətlərində ciddi ziddiyətin yaranacağını düşünmürəm.

Nəzərə almaq lazımdır ki, Türkiyədə prezident və parlament seçkilərinə iki aydan da az vaxt qalıb. Hazırkı iqtidarın şansları rəqiblərinə nisbətən çox olsa da, AK partinin məğlubiyyəti də mümkündür. Belə bir şəraitdə hakim partiya həm daxili və xarici auditoriyadan xal qazanmalıdır.

Türkiyə Finlandiyanın NATO – ya üzvlüyünə “yaşıl işıq yandırmaqla” xalqına göstərdi ki, hakim partiya sözünün üstündə durur. Həmçinin Ərdoğan hakimiyyətə cəmiyyətə NATO kimi nəhəng bir qurum həlledici həlqə olduqlarını çatdırdı.

Söz yox ki, Türkiyədə seçkilər nə qədər demokratik keçirilsə də, Qərbin nəticələrə müdaxilə imkanı var. Qərb hazırkı hakimiyyətlə bağlı ən azı tərəddüddədir. ABŞ və müttəfiqlərinə bəzən onlara müqavimət göstərən lider yox, əksinə, hər dediklərini edən biri lazımdır. Bunu Ərdoğan yaxşı bilir. Odur ki, Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etməklə Ankara həm də NATO ölkələrinin, o cümlədən ABŞ- ın seçkilərə müdaxiləsinin qarşısını almağa çalışa bilər.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir