KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Trampdan Rusiya ilə bağlı mühüm mesajlar: Sağ göstərib, sol vuracaq?

Kənan Novruzov: Trampdan Rusiya ilə bağlı mühüm mesajlar: Sağ göstərib, sol vuracaq?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
22 0

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə onun üçün əlverişli olan istənilən vaxtda görüşməyə hazır olduğunu deyib.
O, həmçinin yaxın vaxtlarda Rusiya lideri ilə danışacağına ümid etdiyini bildirib və Kiyevə silah tədarükünün dayandırılması imkanlarının araşdırıldığını təsdiqləyib.

Tramp əlavə edib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpindən Ukraynadakı müharibənin həllinə köməklik göstərməsini istəyib.

Əgər ölkə rəhbərliyi Ukraynadakı müharibənin həlli üçün danışıqlara getməsə, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı suala Tramp lakonik cavab verib: “İnandırıcı səslənir”.

Eyni zamanda, o, 2020-ci il seçkilərindən sonra ABŞ-də hakimiyyətdə qalsaydı, Ukraynada münaqişənin başlamayacağını iddia edib.

Putin ağıllı siyasətçi adlandıran ABŞ-nin yeni lideri bildirib ki, Rusiya prezidenti keçmiş dövlət başçısı Cozef Baydenə hörmət etməyib.

Trampın açıqlamasında diqqət çəkən bir neçə məqam var. Birincisi, o, Putinlə onun üçün əlverişli olan istənilən vaxtda görüşməyə hazır olduğunu bildirməklə Rusiya liderinin fikrinə hörmət etdiyini və maraqlarını nəzərə aldığını göstərib. Bu, ikitərəfli münasibətlərin perspektivi baxımından xüsusi qiymətləndirilməli məqamdır.

İkincisi, Tramp Ukraynaya dəstəyin dayandırılmasını istisna etmədiyini deyib. Əslində ABŞ-ın yeni hakimiyyət dövründə Ukraynaya dəstəyi azaldacağı gözlənilən idi. Burada iki əsas məqsəd var. Birincisi, Rusiya ilə münasibətlərin daha çox kəskinləşməsinin qarşısını almaqdır. Nəzərə almaq lazımdır ki, Trampın əvvəlki hakimiyyəti dövründə Moskva ilə münasibətlər Bayden iqtidarı dövrünə nisbətən daha yaxşı idi. İkincisi, müharibəyə son qoymaq. Görünür, Tramp Ukraynaya dəstəyi azaltmaqla onu danışıqlara məcbur etmək istəyir. Hərçənd bu məsələdə Kiyevin də maraqları nəzərə alınacaq. Beləliklə, gələcəkdə Ukraynaya dəstəyin azaldılması, yaxud dayandırılması tamamilə mümkündür. Amma bu, Putin və Zelenski ilə danışıqların nəticəsindən də asılı olacaq. Üstəlik, Tramp hansısa məqamda Türkiyədən də dəstək istəyəcək.
Üçüncüsü, Tramp Çindən kömək istəyəcəyini deyib. Yəqin ki, bu, daha çox Pekin- Moskva xətti ilə bağlı məsələdir. Tramp Çin liderindən Rusiyaya dəstəyin azaldılmasını, yaxud artırılmasınl istəyə bilər. Böyük ehtimalla birinci olacaq.
Dəstəyin azaldılması nəticəsində Moskva da danışıqlar barədə düşünə bilər.
Sanksiyalar məsələsinə gəldikdə isə düşünmək olar ki, bu, blefdir. Ən azından Vaşinqton Moskvaya qarşı addım atmağa, münasibətləri pisləşdirməyə tələsməyəcək.
Bəlkə də, Tramp hakimiyyətdə olsa idi, 2022- ci ildə müharibə, doğrudan da, başlamazdı. Ancaq, bunu dəqiq demək çətindir.

Putinin Baydenə hörmət etməməsi iddiası da əslində popilist fikirdir. Tramp bunu ABŞ-ın keçmiş hakimiyyətinin uğursuzluğu kimi təqdim etmək istəyir. O, Rusiyaya qarşı radikal münasibətin uğursuz strategiya olduğunu əsaslandırmaq istəyir. Bu, bir daha belə düşünməyə əsas verir ki, Bayden Rusiyaya qarşı daha loyal münasibət sərgiləyəcək.

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir