“Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb ki, Avropa ölkələri Ukraynaya kəşfiyyat məlumatlarının təqdim edilməsi məsələsində ABŞ-nin yerini doldura bilməyəcək. Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarından sonra Avropadakı müttəfiqlər bu boşluğu doldurmağa çalışır. Lakin bunu etmək elə də asan deyil.
“Avropa ölkələrinin, həqiqətən, bu boşluğu doldura biləcəyinə əmin deyiləm”, – qəzet Avropanın anonim rəsmisindən sitat gətirib.
Nəşr qeyd edib ki, NATO daxilində kəşfiyyat imkanları baxımından Böyük Britaniya, Fransa və Almaniya əsas oyunçular hesab olunsa da, onların Amerika kəşfiyyat strukturlarının miqyas və imkanlarına uyğun gəlməsi çətin görünür.
Daha öncə Britaniyanın “Daily Mail” qəzeti ABŞ Prezidenti Trampın qərarı ilə Vaşinqtonun artıq Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmadığını bildirib.
Rəsmi Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarını ötürməyi dayandırması onun Ukraynaya dəstəyi azaltmasınn əsas göstəricilərindəndir. Yəqin ki, ABŞ bu ritorikasını davam etdirəcək və Ukraynanı danışıqlara məcbur etməyə çalışacaq.
Avropa ABŞ-nin Rusiya – Ukrayna müharibəsinə dair mövqeyi ilə barışmır. Bunun bir neçə səbəbi var. Əsas məsələlərdən biri də budur ki, bəzi Avropa dövlətləri Rusiyanın bu müharibə qalib gələcəyindən sonra növbəti hədəfin hansısa Avropa ölkəsi olacağından narahatdırlar. Bu, Avropanın təhlükəsizliyi üçün təhdiddir. Ona görə də Avropa ABŞ-dən fərqli olaraq müharibənin davam etməsində və Rusiyanın daha çox zəifləməsində maraqlıdır.
Buna baxmayaraq, Avropanın özündə də Ukraynaya dəstəklə bağlı fikir ayrılığı var. Məsələn, Fransa və Böyük Britaniya ilə Almaniya arasında Ukraynaya yardımla bağlı ziddiyyətlər var. Bu, rəsmi Kiyevin işini daha da çətinləşdirir.
“Politico”nun iddiasına gəldikdə isə bildirməliyik ki, bu tip iddialar bir çox hallarda sadəcə informasiya müharibəsinin tərkib hissəsi də olur. Nəzərə almaq lazımdır ki, adı çəkilən nəşr ABŞ-nindir. Bu mənada onun sadəcə ABŞ-nin maraqlarını təmsil etməyi və ictimai şüuru formalaşdırmağı istisna deyil.
Xüsusilə qeyd olunmalıdır ki, “Politico”nun nəşrindəki mənbənin adı açıqlanmayıb. Bu, nəşrin iddiasının manipulyasiya ehtimalı ilə bağlı iddiaları gücləndirir.
Ancaq Avropanın Ukraynaya kəşfiyyat məlumatlarının təqdim edilməsi məsələsində ABŞ-nin yerini doldura bilməməsi də mümkündür. Məsələ burasındadır ki, ABŞ dünyanın ən güclü kəşfiyyat xidmətinə malik ölkələrindəndir. Üstəlik, ABŞ cəmi beş ölkənin, o cümlədən Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın təmsil olunduğu “Beş göz” Alyansının üzvüdür. Həmin təşkilatın əsas işlərindən biri həm də kəşfiyyat məlumatlarınn əldə olunması və üzv dövlətlər arasında qarşılıqlı şəkildə mübadiləsidir. Əgər ABŞ Ukraynaya kəşfiyyat məlumatlarınının ötürülməsini dayandırıbsa, deməli, bunun Kiyev üçün müəyyən çətinliklər yaradacağı gözləniləndir.
Bütün hallarda Ukraynanın imkanları getdikcə azalır…
Kənan Novruzov
Kənan Novruzov: Tanınmış ABŞ nəşrindən Ukrayna ilə bağlı mühüm iddia: Əgər yalan deyilsə…
16 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.