KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Suriyada bir dövrün sonu: Türkiyədən Rusiyaya qarşı

Kənan Novruzov: Suriyada bir dövrün sonu: Türkiyədən Rusiyaya qarşı

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
29 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Suriyada artıq yeni siyasi və diplomatik reallıq mövcuddur. O, qeyd edib ki, ölkənin gələcəyinə artıq Suriya xalqının bütün mənsubları qərar verəcək.

Ərdoğan bölgədəki hadisələrin alovlanmasının heç kimə faydasının olmayacağını da vurğulayıb.
Türkiyə Prezidenti ölkəsinin milli təhlükəsizliyə qarşı atılan bütün addımların qarşısının alınacağını əlavə edərək, regional və beynəlxalq aktorları Suriyanın ərazi bütövlüyü və milli birliyinə dəstək verməyə çağırıb.

“Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Arzumuz qonşumuz Suriyanın 13 ildir həsrətində olduğu sülh və əmin-amanlığa nail olmasıdır”, – Ərdoğan bildirib.

Məlum olduğu kimi, Suriyada vəziyyət kifayət qədər gərgindir. Bir çox məlumata görə, müxalifət artıq paytaxt Dəməşqə yaxınlaşır. Həmçinin prezident Bəşər Əsədin ölkədən qaçdığına dair iddialar var. Hərçənd bu iddialar hələ rəsmi təsdiqini tapmayıb.

Əgər B.Əsəd, doğrudan da, ölkədən qaçıbsa, deməli, müxalifətin güclü olduğunu və gələcək təhdidləri anlayır.

R.T.Ərdoğanın dediklərindən də belə məlum olur ki, rəsmi Ankara Suriyada yeni siyasi reallıqların yarandığını başa düşür. Çox güman ki, bu yeni siyasi reallıq B.Əsəd rejiminin sonudur. Elə buna görə də Türkiyə lideri hazırda baş verənlərə görə Suriya hakimiyyətini qınayır, B.Əsəd rejiminin Ankaranın uzatdığı kömək əlini tutmadığını diqqətə çatdırır.

Yada salaq ki, B.Əsəd 2000 – ci ildən hakimiyyətdədir. 2011-ci ildə özünü anti-İsrail və anti-Qərb siyasətçi kimi xarakterizə edən Əsəd bu siyasətinə görə Qərbin onu devirmək cəhdlərindən çəkinmədiyini bəyan edir.

B.Əsədin hakimiyyəti dövründə Suriya- Türkiyə münasibətləri enişli – yoxuşlu olub. Ümumiyyətlə, 1930-cu illərdə Türkiyə və Fransa müstəmləkəsi olan Suriya arasındakı sərhəddə yerləşən Hatay üzərində haqq iddia etməsi ilə başlayan gərginlik Cənub-Şərqi Anadolu layihəsinin qüvvəyə minməsi nəticəsində ortaya çıxan “su anlaşılmazlıqları” ilə daha da artmış, Suriya hökumətinin PKK və ASALA kimi terrorçu qruplaşmalara dəstək verməsi ilə pik həddə çatıb. 1998-ci ilin oktyabr ayında Suriya hökumətinin PKK lideri Abdullah Öcalanı deportasiya etməsindən sonra əlaqələr nisbətən yaxşılaşıb. Lakin, Suriya vətəndaş müharibəsi ərzində Türkiyənin Azad Suriya Ordusuna dəstək verməsi səbəbilə iki ölkə arasındakı münasibətlər yenidən gərginləşmiş və diplomatik əlaqələr dayandırılmışdır. 2012-ci ilin iyun ayında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 döyüş təyyarəsinin Suriya tərəfindən vurulmasından sonra Türkiyə hökuməti NATO-ya təcili toplanma çağırışı etmişdir. 2012-ci ilin oktyabrında Suriyadan Türkiyə ərazisinə top mərmisi atılmasından sonra Türkiyə tərəfi Suriya ilə sərhəd boyunca MIM-104 Patriot hava hücumundan müdafiə sistemlərini yerləşdirmişdir. 2013-cü ilin sentyabr ayında isə Suriya Silahlı Qüvvələrinə məxsus bir ədəd Mi-17 helikopteri sərhədi keçdiyinə görə türk qırıcıları tərəfindən vurulub.
Hər iki ölkə Aralıq dənizi üçün Birlik təşkilatının tam hüquqlu üzvüdür. Həmçinin Suriyanın 14 avqust 2012-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatındakı üzvlüyünün ləğv olunmasına qədər hər iki ölkə də bu təşkilatın üzvü olub.

Hazırkı vəziyyət onu deməyə əsas verir ki, Türkiyə artıq post- Əsəd dövrünə hazırlaşır. Bu isə o deməkdir ki, Türkiyə artıq Rusiyanı Suriyadan çıxarmaq planını işə salıb.

Kənan Novruzovkafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir