Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşündə deyib ki, Azərbaycan Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəfdir.
Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən C.Bayramov Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, bu ölkənin sürətlə silahlanması faktına diqqət çəkib.
O, sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bürövlüyü və suverenliyinə qarşı iddiaların mövcudluğunu xatırladıb.
Rəsmi Bakının mövqeyindən belə aydın olur ki, bu gün Cənubi Qafqazda sülh prosesinə mane olan əsas amil Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır. Bu, bir növ gələcək üçün “mina”dır.
İrəvanın rəsmi Bakıya qarşı davam edən ərazi iddiaları və bunun qanunvericilikdə təsbit olunması o deməkdir ki, mümkün sülh kövrək olacaq. Yəni Ermənistan gələcəkdə yenə də aventürist addımlar ata bilər. Azərbaycan bunda yox, məsələnin birdəfəlik həllində maraqlıdır.
Əvvəl də dediyimiz kimi, bu gün sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Rəsmi Bakı artıq öz işini görüb, ərazi bütövlüyünü təmin edib.
Ermənistan isə kifayət qədər çətin vəziyyətdədir. Bir tərəfdən Rusiya, bir tərəfdən də Qərbi İrəvanı getdikcə sıxışdırır. Belə bir vəziyyətdə Ermənistana yeni təhlükəsizlik çətiri lazımdır. Bunun üçün ən optimal variant isə Bakı və Ankara ilə münasibətlərin normallaşmasıdır.
Yekun sülh sazişinin imzalanması üçün Bakının əsas şərti məlumdur: Ermənistan konstitusiyasının çıxarılması və Azərbaycana qarşı ərazi iddialarından imtina edilməsi. Bu olmadıqca sülh də olmayacaq.
Əlbəttə, konstitusiya dəyişikliyi asan məsələ deyil. Ehtimal olunan müvafiq qərar ölkə daxilində hakimiyyət əleyhinə ciddi narazılığa, o cümlədən yeni aksiyalara səbəb ola bilər. Müxalifət də, yəqin ki, bu məqamdan istifadə etməyə çalışacaq.
Amma Ermənistan hakimiyyətinin bundan başqa yolu yoxdur. Zaman İrəvanın əlehinə işləyir.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA-nın əməkdaşı
- Anasayfa
- »
- Ermenistan
- »
- Kənan Novruzov: Sülhün bir addımlığında: Ermənistan hakimiyyətinin son sınağı
Kənan Novruzov: Sülhün bir addımlığında: Ermənistan hakimiyyətinin son sınağı
158 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.