KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Şoyqu haradadır?

Kənan Novruzov: Şoyqu haradadır?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
445 0

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun martın 11-dən sonra ictimaiyyət arasında görünməməsi Qərb mətbuatında ciddi müzakirələrə səbəb olub. Bəzi analitiklər hesab edirlər ki, nazirin ortalıqdan yoxa çıxması Rusiya ordusunun Ukraynada uğursuzluğa düçar olması, eləcə də bunun Prezident Vladimir Putinin komandasında yaratdığı fikir ayrılıqları və parçalanmalarla bağlıdır. Onların qənaətinə görə, hərbi əməliyyatlarla bağlı Kreml ilə ordu rəhbərliyi arasında fikir ayrılığı var. Digər bir versiyaya görə, S.Şoyqunun səhhətində ciddi problemlər yaranıb. Ona görə də tədbirlərdə görünmür, mətbuatın qarşısına çıxmır.

Maraqlıdır ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin hələ ilk günlərində bir çox politoloqlar, hərbi ekspertlər müharibədən sonra S.Şoyqunun vəzifəsindən kənarlaşdırılacağını proqnozlaşdırırdılar. Çünki ordu ümidləri doğrultmamış, ən qısa vaxtda paytaxt Kiyevə girməyi bacarmamışdı.
İddiaların daha da artdığı bir vaxtda Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məsələyə münasibət bildirib.

“Rusiya müdafiə naziri Sergey Şoyqunun indi qayğıları çoxdur. İndi ictimaiyyətlə əlaqələr üçün yaxşı vaxt deyil. Bu, tamamilə başa düşüləndir”, – o söyləyib.

D.Peskov müdafiə nazirinin xəstə olması ilə bağlı iddialara cavab verməkdən yayınıb: “Bu sualla bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edirəm”.

Kreml sözçüsünün bu açıqlamanı verdiyi bir vaxtda S.Şoyqu barədə başqa bir informasiya da yayılıb. “RİA Novosti” xəbər verir ki, nazir martın 24-də müşavirə keçirib. Agentlik iddia edir ki, iclasda Qərb ölkələrinin Rusiyanın müdafiə sənayesinə tətbiq etdiyi sanksiyalar müzakirə olunub. Toplantının yekunlarına əsasən ölkə rəhbərliyinə hesabat üçün konkret təkliflər hazırlanıb.
Dünən generalın fəaliyyəti barədə başqa xəbərlər də yayıldı.
Bunlar həqiqət də ola bilər, ictimai rəyi toparlamaq üçün atılmış “yem” də. Hər halda Peskovun açıqlaması iddialara son qoymaqdan ötrü kifayət deyil. Daha yaxşı olardı ki, Şoyqu özü ictimaiyyətin qarşısına çıxsın. Beləliklə, camaatda şübhə yeri qalmazdı.
Həm də bu, ən çox Kremlin özünə lazım idi. Çünki beləliklə, Rusiya Qərbi “pərt edə” bilərdi. İkinci bir tərəfdən, agentlik müdafiə nazirinin iclas keçirdiyinə dair foto və video yaymayıb. Adi cümlələr isə indiki gərgin məqamda “suları durultmaq” üçün kifayət qədər yetərli deyil. Şoyqu sağ da, işinin başında da olsa müharibə edən bir ölkənin müdafiə naziri haqqında müxtəlif iddiaların yayılması özü yaxşıya işarə deyil.
İddialar çox, münasibətlər qeyri- müəyyəndir. Sual isə konkretdir: Şoyqu haradadır?
P.S: Qeyd edək ki, Rusiyanın müdafiə naziri sonuncu dəfə martın 11-də mediaya açıqlama vermişdi. O bildirmişdi ki, Ukraynadakı müharibəyə Yaxın Şərqdən könüllülər cəlb oluna bilər. Bundan sonra isə onun adına ancaq Rusiya rəsmilərinə qarşı tətbiq sanksiyalar siyahısında rast gəlinmişdi.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir