KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Şoyqu çinli həmkarı ilə görüşəcək: Nüvə təhlükəsizliyi məsələsi

Kənan Novruzov: Şoyqu çinli həmkarı ilə görüşəcək: Nüvə təhlükəsizliyi məsələsi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
234 0

Çinin müdafiə naziri Li Şanfu aprelin 16-da Rusiyaya səfər edəcək. Aprelin 19-dək davam edəcək səfərdə Li Şanfu bir sıra rəsmi şəxslərlə, o cümlədən həmkarı Sergey Şoyqu ilə görüşəcək.

Məlumata görə, səfər S. Şoyqunun dəvəti ilə baş tutacaq.

Son vaxtlar xüsusilə Ukraynadakı müharibə fonunda Moskva ilə Pekin arasında təmaslar intensivləşib. Tərəflərin xüsusilə hərbi əməkdaşlığı inkişaf etdirdiklərinə dair iddialar var. Bir çox ekspertin fikrincə, Çinin Rusiyaya ehtimal edilən hərbi yardımı daha çox Belarus vasitəsilə həyata keçirilir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun bir müddət əvvəl Çinə səfəri məhz bu konteksdən qiymətləndirilir.

Çin və Rusiya müdafiə nazirləri görüş zamanı Ukraynadakı durumu müzakirə edəcəklər. Bundan başqa, onların təhlükəsizlik və müdafiə sahəsindəki əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparmaları mümkündür. Məlumdur ki, Qərb son vaxtlar hər iki dövlətə təzyiq göstərir. Belə bir vaxtda ümumi təhlükəyə qarşı səyləri birləşdirmək, şübhəsiz ki, ən optimal yoldur.

Nazirlər, həmçinin nüvə silahının tətbiqi və nüvə təhlükəsizliyi barədə danışa bilərlər. Rusiyalı rəsmilər, o cümlədən Prezident Vladimir Putin dəfələrlə bildirib ki, rəsmi Moskva öz təhlükəsizliyi naminə nüvə silahından istifadə edir. Amma Kremlin bu məsələdə tərəddüdlü olduğu aşkardır. Nüvə silahının tətbiqi Pekinin maraqlarına uyğun deyil. Bu mənada tərəflərin bu barədə də danışması istisna deyil.

Çox güman, nazirlərin müzakirə etdiyi bir çox məsələ ictimaiyyətə açıqlanmayacaq.

Gələcəkdə Çinlə Rusiya arasında hərbi əməkdaşlığın daha da güclənməsi mümkündür. Sözsüz ki, Qərblə hər iki dövlət arasında gərginliyin artması ilə müşayət olunacaq.
Kənan Novruzov.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir