Döyüşlərin Rusiya ərazisinə keçməsi o deməkdir ki…
ABŞ-ın Müharibə Araşdırmaları İnstitundan verilən məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin qarşı tərəfə endirdiyi zərbələr Rusiya ordusunda çaxnaşma yarada bilər. Bildirilib ki, Ukraynanın əks-hücum əməliyyatları qarşı tərəfdə ruh düşkünlüyünə səbəb olur. Eyni zamanda, cəbhənin bir neçə kritik istiqamətində düşmənin müdafiəsi üçün təhlükə yaranır.
Amerikalı analitiklərin fikrincə, gələcəkdə Rusiya ordusunun döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə azalması mümkündür.
Məlum olduğu kimi, son günlər Ukrayna Rusiya ərazilərinə, o cümlədən paytaxt Moskvaya zərbələr endirməyə başlayıb. Bu, Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatlarının pik nöqtəsi kimi qiymətləndirilə bilər.
Beləliklə, savaş əslində faktiki olaraq Rusiya ərazisinə keçib. Bu isə Rusiya hərbi-siyasi elitasında daxili kataklizmlərə səbəb olur. Daxildəki vəzifəli şəxslər artıq “günah keçisi” axtarışına başlayıblar.
Müharibənin Rusiya ərazisinə keçməsi əslində artıq rəsmi Moskvanın məğlubiyyətidir. Çünki döyüşlər Ukrayna ərazisində başlamışdı və savaşın əvvəlində kimsə döyüşlərin Rusiya ərazisinə keçəcəyini təxmin etmirdi.
Hazırda zaman Rusiyanın əlehinə işləyir. Ölkə daxilində vəziyyət getdikcə çətinləşir. Bunu həm siyasi elita, həm ordu, həm də xalq hiss edir.
Ukraynanın əks-hücumları, xüsusilə Rusiya ərazisinə zərbələr davam etdikcə Rusiyada xaos daha da artacaq. Bu isə gələcəkdə rəsmi Moskvanın döyüş meydanında daha aqressiv addımlarına səbəb ola bilər.
Proseslərin gələcək inkişafı daha çox Rusiyanın müqavimət imkanlarından asılıdır. Rusiyanın müqaviməti hələ ki, qırılmayıb. Amma ən çətini budur. Əgər bu olarsa, proseslərin davamı rahat gələcək.
Kənan Novruzov
Kənan Novruzov: savaş Rusya arazisine mi kayıyor
279 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.