Gürcüstanda keçmiş prezident Mixail Saakaşvilinin həbsi gözlənilən idi. Hökumət seçki ərəfəsində onun sərbəst fəaliyyətinə imkan verməzdi. Hökumətin Saakaşvilinin təxribat cəhdi barədə dedikləri isə daha çox ictimai rəyə hesablanmış addımdır. Bunu eks-dövlət başçısı özü də bilirdi və baş verənlərə hazır idi. Əks halda iqtidarın xəbərdarlıqlarından sonra qərarını dəyişərdi. Əslində hazırkı durum Saakaşviliyə sərf edir. Çünki bundan sonra onun tərəfdarlarının sayı daha da artacaq. Beləliklə, keçmiş dövlət başçının nümayəndələrinin seçkilərdə qalib gəlmək ehtimalı çoxalacaq.
Əlbəttə, Saakaşvili bir neçə günə sərbəst buraxılacaq. Sadəcə hakimiyyət onun seçkilər zamanı hansısa təbliğat kampaniyasının qarşısını almaq istəyir. Onun həbsinin uzun müddət çəkməsi Qərbin reaksiyalarına səbəb olacaq. Bir çox beynəlxalq qurumlar rəsmi Tbilisiyə qarşı təzyiqə başlayacaq. Bu isə Gürcüstan hakimiyyəti üçün arzuolunan deyil. Bu, Saakaşvilinin iqtidara “Şah və mat!” deməsi olacaq.
Şübhəsiz, sabiq prezident ötən səkkiz il heç vaxt siyasətdən aralanmadı və qəlbi daim vətəni, xalqı ilə döyündü. Sadəcə, ola bilsin, bu dəfə daha iddialıdır. Bütün ehtimalları nəzərə alaraq ölkəyə qayıtması onu deməyə əsas verir ki, keçmiş dövlət başçısı xalqı səfərbər etmək, tərəfdarlarını fəallaşdırmaq, eyni zamanda komandasının fəaliyyətini izləmək, hansısa pis sürprizin qarşısını almaq niyyətindədir. Bu, heç də utopiya deyil. Çünki ictimaiyyət arasında Saakaşvilinin reputasiyası kifayət qədərdir.
Saakaşvili hər şeyi yaxşı hesablayıb. Elə buna görə qolları qandallı olanda belə gülürdü. Bu, onun “Sizin saydığınızı sayın, görün fələk nə sayır” deməyi idi. Fikrimcə, bu dəfə alınacaq. Hətta keçmiş dövlət başçısının mübarizliyi fonunda xalq çevrilişi ehtimalı da istisna deyil.
Saakaşvili hakimiyyətə gəlsə, Cənubi Qafqazda, həmçinin ABŞ- Rusiya münasibətlərində ciddi dəyişikliklər olacaq. Bəlkə də, regionun məhz Mişaya ehtiyacı var. Və unutmayaq ki, tarixi şəxsiyyətlər lazımi vaxtda lazımi yerdə olmağı bacaranlardır.
Kənan Novruzov kafkassam
Kənan Novruzov: Saakaşvilinin gülüşündəki ironiya: Şah və mat!
192 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.