KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusya Belarusa nükleer silah yerleştirmek istiyor

Kənan Novruzov: Rusya Belarusa nükleer silah yerleştirmek istiyor

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
193 0

Rusiya niyə Belarusda nüvə silahı yerləşdirir? – Bir neçə məqsədi var
Rusiya Prezidenti Vladimir Putində Belarusda taktiki-nüvə silahının yerləşdiriləcəyini bildirib. ABŞ-ın Müharibə Araşdırmaları İnstitundan verilən məlumata görə, bu, blefdir. Bildirilib ki, Putinin Belarusda nüvə silahının yerləşdirilməsi barədə elanı, çox güman, Qərbi qorxutmaq üçündür.
Qeyd olunub ki, V.Putinin bu qərarı nüvə eskalasiyası riskinin artması kimi başa düşülməməlidir: “Kreml rəhbərinin hazırda nüvə silahından istifadəsi inandırıcı görünmür. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel bildirib ki, Çin lideri Si Cinpinin Rusiyaya son səfəri bu ölkənin nüvə silahından istifadə etmə şansını azaldır. Çünki Si Cinpin bu barədə Putinə xəbərdarlıq edib”.
Məlumata görə, bir çox analitiklər Ukraynanın yaxın zamanlarda genişmiqyaslı əks-hücum əməliyyatına başlayacağını proqnozlaşdırır: “Rusiya Prezidentinin ritorikası onun da bunu gözlədiyini göstərir. Görünür, Kreml rəhbəri bu əks-hücumlarından qorxur”.
Öncə onu deyək ki, Rusiya uzun müddətdir ki, Belarusdan ikinci cəbhə açmağa çalışır. Belarus prezidenti Aleksandr Lukaşenko isə müqavimət göstərir. Çünki bilir ki, razılıq versə, Qərbin təzyiqləri ilə üzləşəcək. Və Belarusun imkanları, şübhəsiz, Rusiyanınkı qədər çox deyil. Rəsmi Minsk hələ ki, həm Qərbi, həm də Rusiyanı qane etməyə çalışır. Amma bu, Putini qıcıqlandırmamış deyil. Odur ki, Rusiya Belarusu təzyiqlərini artırmağa çalışır. Əlbəttə, Belarusda nüvə silahının yerləşdirilməsi mövcud təzyiq imkanlarını xeyli artıracaq. Beləliklə, Putinin Lukaşenko ilə daha sərt ritorika ilə danışması üçün şərait yaranacaq.
İkinci bir tərəfdən, Rusiya rəsmiləri, o cümlədən Putin Ukraynanı və kollektiv Qərbi bir neçə dəfə nüvə silahı ilə təhdid edib. Bildirilib ki, Rusiya öz təhlükəsizliyi üçün bütün silahlardan istifadə etməyə hazırdır. Amma xəbərdarlıqlara rəğmən hələ ki, nüvə müharibəsi başlamayıb. Ola bilsin, Putin bu qərarı ilə həm də xəbərdarlıqlarında ciddi olduğuna dair mesaj vermək istəyib.
Kremlin sözügedən qərarı eyni zamanda çəkindiricilik məqsədi daşıya bilər. Belə ki, son proseslər göstərir ki, Rusiya müharibənin davam etməsində maralı deyil. Bunun üçün Ukraynanın əks-hücumları, Qərbin təzyiqləri dayanmalıdır. Ola bilsin, Putin həm də buna çalışır və göstərmək istəyir ki, təzyiqlər davam edərsə, nüvə müharibəsi başlaya bilər.
Əlbəttə, nüvə silahını tətbiqi kimsəyə, o cümlədən də Rusiyanın özünə sərf etmir. Çünki, bu, ikibaşlı məsələdir. Rusiya nüvə silahından istifadə edərsə, Qərb adekvat cavab verəcək. Bu işə bəşəriyyət üçün təhdiddir. Ona görə dünya dövlətləri, xüsusilə Rusiyanın müttəfiqi olan Çin bu məsələ ilə bağlı Putinin fikrini dəyişməyə çalışır. Rusiya yalnız bir halda- itirəcək bir şeyinin olmadığını görəndə buna addımı ata bilər.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir