KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Novruzov: Rusiya və İran güclərini birləşdirir

Kənan Novruzov: Rusiya və İran güclərini birləşdirir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
28 0

Rusiya və İran güclərini birləşdirir: Regional təhlükəsizliyə töhfə, yoxsa təhdid?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova fevralın 5-də keçirdiyi brifinqdə ABŞ prezidenti Donald Trampın İrana təzyiqlə bağlı fərmanını şərh edərkən bildirib ki, Moskva Tehranla əməkdaşlığı gücləndirəcək, sanksiyalar buna maneə deyil.
“Məhz bu mənada biz iranlı dostlarımızla əməkdaşlığı davam etdirmək və xalqlarımızın mənafeyinə uyğun olaraq bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı ardıcıl şəkildə gücləndirmək niyyətindəyik. Xarici təzyiqlər və sanksiyalar buna maneə deyil. Üstəlik, onlar bəzən hətta ikitərəfli təmaslarda uzun müddət davam edən nəyisə stimullaşdırır, proseslərin sürətlənməsində katalizator rolunu oynayır”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Son zamanlar Rusiya ilə İran arasında əlaqələr daha da inkişaf edib. Bu, təsadüfi deyil. Birbaşa olaraq tərəflərin bir – birinə olan ehtiyacları ilə bağlıdır.

Bu gün həm rəsmi Moskvanın, həm də Tehranın işi kifayət qədər çətindir. Rusiya Ukrayna ilə davam edən müharibədə istədiyi nəticəni əldə edə bilmir. Qazanılan ərazi qazancları sadəcə taktiki qələbədir. Bu, Moskva üçün kifayət deyil. Üstəlik, hazırkı vəziyyət müharibənin taleyini qeyri- müəyyən olaraq saxlayır.

Belə ki, ABŞ və Avropa İttifaqının (Aİ) müharibə ilə bağlı gələcək mövqeyini proqnozlaşdırmaq hələ mümkün deyil. Vaşinqton Kiyevə dəstəyi azaltsa da, neft və qazın da qiymətlərini aşağı salmağa çalışır. Bu, Rusiya iqtisadiyyatı üçün ciddi zərbədir.

İrana gəldiksə isə bildirməliyik ki, Tramp hakimiyyətinin yeni dövründə Tehranı zəiflətmək üçün əlindən gələni edəcək. Bunun üçün münbit şərait də var. Yaxın Şərqdəki hazırkı xaotik vəziyyətdən istifadə edilərək İranın yeni münaqişəyə çəkilməsi mümkündür.

Rəsmi Tehran da, Moskva da mümkün riskləri real qiymətləndirir. Ona görə də belə demək mümkünsə, güclərini birləşdirirlər.

Tərəflərin əməkdaşlığı gücləndirməsi, əlbəttə, təkcə xarici düşmənə qarşı atılmış addım deyil. Əməkdaşlığın güclənməsi, sözsüz ki, həm də Cənubi Qafqazdakı duruma təsir edəcək. Bu, perspektivdə ABŞ və Avropa İttifaqının regiona müdaxiləsinin qarşısının alınmasında mühüm rol oynayacaq. Bununla demə, tərəflər arasındakı əlaqələrin inkişafının regional təhlükəsizlik baxımından müsbət rol oynayacağını demək tezdir. Bunun əksinin olması da mümkündür.

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir