KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiya- Ukrayna müharibəsi ilə bağlı gözlənilməz ssenari mümkündür

Kənan Novruzov: Rusiya- Ukrayna müharibəsi ilə bağlı gözlənilməz ssenari mümkündür

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
13 0

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb ki, Rusiya Ukrayna nizamlanması üçün hərəkətə keçməlidir.

“Dəhşətli və mənasız müharibədə – baş verməməli olan müharibədə çoxlu sayda insan ölür”, – o qeyd edib.

Məlum olduğu kimi, Tramp hakimiyyətə gələndən bəri müharibəni bitirmək istəyir. Bunun üçün həm Moskva, həm də Kiyevlə təmaslar davam etdirilir. Rəsmi Vaşinqotonun dediyinə görə, atəşkəs indi əvvəlkinə nisbətən daha yaxındır.

Əvvəl də dediyimiz kimi, ABŞ-nin atəşkəsin təmin olunmasında bir neçə məqsədi var. Birincisi, ABŞ Şərqi Avropada müharibə bitəndən sonra bütün diqqətini Yaxın Şərqə yönəltmək istəyir. İkincisi, ABŞ-nin prioritetlərindən biri Ukraynanın təbii sərvətlərini ələ keçirməkdir. Bunun üçün savaşın bitməsi ilə bağlı razılığın əldə olunması vacibdir. Üçüncüsü, ABŞ müharibə bitəndən sonra Ukraynaya investisiya qoymaq üçün tələsir. Dördüncüsü, hazırda görünən odur ki, Vaşinqton Moskva ilə münasibətləri normallaşdımaq niyyətindədir. Bu, hazırkı mənzərəni- ABŞ-nin Ukraynaya dəstəyini azaltmasını şərtləndirir. Bu isə savaşın bitməsinə şərait yaradır.

Hazırda atəşkəslə bağlı danışıqlar getsə də, bunun yaxın zamanda əldə oluna biləcəyini düşünmürəm. Əksinə, Avropanın dəstəyi ilə savaşın daha da genişlənməsi ehtimalı var.

Məsələ burasındadır ki, atəşkəs Ukraynanın ziyanınadır. Bu, rəsmi Kiyevdən ərazi güzəştini tələb edəcək. Əgər belə olsa xalq Ukrayna Prezidenti Volodimir Zelenskini hakimiyyətdə saxlamayacaq. Bunu Ukrayna iqtidarı yaxşı başa düşür.

İkinci bir tərəfdən, Avropa da müharibənin bitməsini istəmir. Çünki Rusiya zəifləməsinə baxmayaraq, hələ də təhlükə mənbəyi olaraq qalır. Bu isə o deməkdir ki, müharibə bitsə Rusiya Avropa, xüsusilə Rusiya ilə qonşu ölkələr üçün təhdidə çevriləcək. Avropa bundan narahatdır.
Bu baxımmdan indi əslində həm də Avropa ilə ABŞ arasında rəqabət gedir.

Trampın çağırışından belə məlum olur ki, ABŞ ya Ukraynanı razı salıb, ya razı salacağından əmindir. Ona görə də indi əsas məsələni Rusiya ilə həll etmək istəyir. Bəlkə də, Tramp Kiyevin də atəşkəsə razı olması, Avropanın təsirinə düşməməsi üçün Rusiyadan müəyyən güzəştlər tələb edir. ABŞ lideri gələcəkdə müxtəlif təzyiq vasitələri, o cümlədən neft və qaz qiymətlərinin aşağı salınması ilə buna nail olmağa çalışa bilər. Bunun işartıları artıq görünür.

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir