KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiya səfərbərliyin növbəti dalğası gözlənilir: Gizli saxlanılacaq

Kənan Novruzov: Rusiya səfərbərliyin növbəti dalğası gözlənilir: Gizli saxlanılacaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
319 0

Ukrayna Baş Qərargahından bildirilib ki, Rusiyada növbəti kütləvi səfərbərlik dalğası fevralın sonuna planlaşdırılır. Məlumata görə, Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazisində Rusiya növbəti səfərbərlik dalğasına hazırlıq tədbirləri həyata keçirir.
Daha əvvəl Britaniya kəşfiyyatı və ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da oxşar proqnozlar vermişdilər. Əlbəttə, proqnozların sabah reallaşması deyil. Amma yaxın gələcək üçün belə bir ehtimal istisna deyil.
Məsələ ondan ibarətdir ki, Rusiya ordusunun şəxsi heyəti getdikcə tükənir. Rusiya Silahlı Qüvvələri hər gün Ukraynada təxminən 1000 nəfər itki verir. Dünya dövlətlərindən heç biri Rusiyaya kömək etmir.
Doğrudur, “Vaqner” özəl hərbi təşkilatı Rusiya ordusuna kömək edir. Amma onların imkanları sonsuz deyil.
Ölkədə ilk dəfə səfərbərlik elan olunandan sonra Rusiya cəbhədə müəyyən irəliləyişlər əldə etməyə nail oldu. Qoşunların Soledardan çıxması isə göstərir ki, Rusiyanın imkanları tədricən tükənir.
Kreml hələ ki, səfərbərlik iddialarını rədd edir. Buna baxmayaraq, Prezident Vladimri Putinin sözçüsü Dmitri Peskovun sonuncu açıqlamalarından biri növbəti səfərbərlik dalğası ilə bağlı ehtimalı artırır. Belə ki, o bildirmişdi ki, hələ səfərbərlik prosesi başa çatmayıb. Deməli, rəsmi elan olunmasa belə, səfərbərliyin ikinci dalğasının həyata keçirilməsi mümkündür.
Bu gün Rusiyaya ən çox lazım olan ordudakı şəxsi heyətin sayını mümkün qədər çox saxlamaqdır. Amma Kreml bunu gizli formada etməlidir. Yəni rəsmi Moskva səfərbərliyin ikinci dalğasına mümkün qədər getməməyə çalışacaq. Rusiya müxtəlif bəhanələrlə orduya yeni çağırışçılar cəlb etməyə səy göstərəcək. Yaxın gələcəkdə bununla bağlı müxtəlif açıqlamaların verilməsi, həmçinin ehtimal edilən səfərbərliyin “pərdələnməsi” mümkündür.
Buna baxmayaraq, Rusiyada səfərbərlik ehtimalı hər ötən gün artır. Yaxın gələcəkdə ölkədə səfərbərliyin ikinci dalğasının elan olunması mümkündür.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir