KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiya ordusunda “general ovu”: Növbə Şoyqudadır?

Kənan Novruzov: Rusiya ordusunda “general ovu”: Növbə Şoyqudadır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
168 0

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, Rusiya ordusunun generalları arasında gərginlik pik həddə çatıb.
“Vaqner” xüsusi hərbi şirkətinin iyunun 24-də baş tutan silahlı qiyamından sonra bir çox generallar, o cümlədən Rusiya Quru Qoşunlarının 58-ci ümumqoşun ordusunun komandanı istefaya göndərilib.
Xarici KİV-in yazdığına görə, Rusiyada “Vaqner”in qiyamından sonra Rusiya ordusunun 15-ə yaxın zabiti işdən çıxarılıb, 13-ü isə dindirilmək üçün saxlanılıb.
“Vaqner”in qiyamı Rusiya ordusundakı mövcud xaosu daha da gücləndirdi. Rusiya Silahlı Qüvvələrində gərginlik onsuz da var idi. Belə ki, generallar məğlubiyyətə və düşdükləri çətin vəziyyətə görə bir-birilərini ittiham edirdilər. İndi isə vəziyyət daha da gərginləşdi. Hazırkı xaosun artan tepmlə davam edəcəyi istisna deyil.
Rusiya Prezidenti Vladimir Putin hələ ki, orduya nəzarət imkanına malikdir. Bu resurslar getdikcə azalır. Bir müddətdən sonra generallar arasında ziddiyyət daha da dərinləşəcək və Putinin prosesə nəzarət imkanı minimum olacaq. Gələcəkdə isə proseslərin ümumiyyətlə, Kremlin kontrolundan çıxması mümkündür.
İkinci bir tərəfdən, Rusiya ordusunda generalların ölümləri də artıb. Bu, onu deməyə əsas verir ki, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti getdikcə tükənir. General ölümləri, şübhəsiz ki, Rusiya ordusunun psixoloji vəziyyətinə mənfi təsir göstərir, şəxsi heyəti ruhdan salır.
Putin mümkün qədər çalışacaq ki, Rusiya müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimov vəzifələrində qalsın. Birincisi, ona görə ki, Putinin onların hər ikisi ilə, xüsusilə Şoyqu ilə dostluq münasibəti var. Kreml rəhbəri bu generalları inanır. İkincisi, onların yerinə etibarlı kadr tapmaq o qədər də asan deyil. Üçüncüsü, Şoyqu və Gerasimovun istefaya göndərilməsi hərbçilərin çevriliş cəhdi ilə nəticələ bilər. Bu zaman generalların hakimiyyət əleyhinə ayağa qalxması istisna deyil. Dördüncüsü, adətən müharibə zamanı müdafiə nazirinin və baş qərargah rəisinin istefaya göndərilməsi əks effekt verir.
Rusiya hərbi elitasında “yarpaq tökümü”nün davam edəcəyi gözləniləndir. Bu isə, sözsüz ki, cəbhədəki vəziyyətə və Rusiya daxilindəki duruma birbaşa təsir edəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir