KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiya nüvə silahından istifadə edə bilərmi?

Kənan Novruzov: Rusiya nüvə silahından istifadə edə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
333 0

Rusiya ilə Ukrayna arasındakı müharibə uzandıqca Kremlin nüvə silahından istifadə etmək barədə müzakirələr də daha çox gündəmə gəlir. Bu, təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, Moskvanın bu qədər ciddi müqavimətlə üzləşəcəyini, demək olar, kimsə gözləmirdi. Bu, ən çox da onun özü üçün sürpriz oldu.
Qrəb bütün imkanları ilə Kiyevi dəstəkləməyə davam edir. Çünki məqsəd Rusiyanı zəiflətməkdir. Ayrı-ayrı rəsmilərin, o cümlədən Rusiya Prezidenti Vladimir Zelenskinin, xarici işlər naziri Sergey Lavrovun, dövlət başçısının sözçüsü Dmitri Peskovun açıqlamalarından Kremlin getdikcə aqressivləşdiyi hiss olunur. Çünki uzunillik hegemonluq tədricən puç olmaqdadır. Kreml tədricən sivil dünyadan təcrid edilir. Tətbiq edilən sanksiyalar isə daxildə vəziyyəti ağırlaşdırır. Ağır məhdudiyyətlərin fonunda bir azdan sonra ölkə daxilində narazılıqların baş qaldırması istisna deyil.
Belə olan halda Kreml bunu hər nə qədər biruzə verməməyə çalışsa da, əslində çıxış yolu axtarır. Qərb rəsmilərinin Ukraynaya səfərləri, Prezident Volodimir Zelenski ilə təmasları isə, şübhəsiz ki, Putin üçün əlavə psixoloji təsirdir.
Rusiyanın birdən-birə geri çəkilməsi, asanlıqla danışıqlar masası arxasına oturması və ciddi güzəştlərə getməsi hələlik ağlabatan deyil. Çünki bu, Kremlin dünyadakı imicinə və dediyimiz kimi, onun uzunillik imperialist maraqlarına ciddi zərbə ola bilər.
Amma əgər müharibə daha çox uzansa, Kreml rəhbəri başqa çıxış yolunun olmadığını görsə, nüvə silahından istifadə edə bilər. Bu, onun üçün təxminən “Pir qələbəsi” olar. Hərçənd Rusiyanın nüvə silahına əl atması heç bir halda soyuqqanlı davranışın nəticəsi olmayacaq. Əksinə, bu, aqressiyanın məhsulu kimi qiymətləndirilməlidir. Və, əlbəttə, bu zaman ən çox “başı ağrıyanlardan” biri də şimal qonşumuz özü olacaq. Çünki Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə Qərb mütləq bu addıma adekvat cavab verəcək. Hətta Rusiyanın atdığı raketin havadaca zərərsizləşdirilməsi və həmin an Qərbin Rusiyaya daha ağır zərbə endirməsi də istisna deyil.
Kim zəmanət verə bilər ki, Qərbin məqsədi elə bu deyil? Bəlkə də, Qərb Rusiyanı “yarımcan” etməkdən ötrü zəmin yaratmaq və bunun üçün Kremli təhrik etmək istəyir? Hər halda belə bir ssenari tamamilə mümkündür.
Amma nəzərə almaq lazımdır ki, nüvə silahından istifadə nəinki qarşıdurma tərəfləri, ümumiyyətlə, dünya üçün yaxşı nəsə vəd etmir. Maraqlıdır, Rusiya və Qərb dünyanı dəyişməyə hazırdırlarmı?
Kənan Novruzov Kafkassam uzmanı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir