KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiya Moldovaya müdaxilə edə bilərmi?- Yeni cəbhə yeni “bataqlıq” deməkdir

Kənan Novruzov: Rusiya Moldovaya müdaxilə edə bilərmi?- Yeni cəbhə yeni “bataqlıq” deməkdir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
433 0

Avropa İttifaqı Moldovaya əlavə hərbi yardım göndərir. Bunu Avropa Şurasının rəhbəri Şarl Mişel dünən Moldova Prezidenti Maya Sandu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
“Biz bunun üçün imkanlarımızı nəzərdən keçiririk. Həmçinin tanınmamış Dnestryanı bölgədə gərginliyin qarşısını almalıyıq. Bu, çox vacibdir”, – o söyləyib.
Şarl Mişel Moldovaya hərbi yardım çərçivəsində Aİ-nin artıq logistika və kibertəhlükəsizlik imkanlarının təmin edilməsi ilə bağlı qərarlar qəbul etdiyini vurğulayıb
Bir müddət əvvəl Dnestryanıda baş verən partlayışların “közü hələ də sönməyib”. Həmin vaxt Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak demişdi ki, Ukrayna uduzsa, Rusiya qoşunları Kişineunun qapılarında olacaq. Sonra Böyük Britaniya müdafiə naziri Ben Uolles Rusiyanın müharibəni Ukraynadan kənara çıxara biləcəyi barədə xəbərdarlıq etmişdi. Ardınca isə məşhur “The Times” qəzeti yazmışdı ki, Rusiya moldovaya hücum etmək qərarına gəlib.
İndi çoxlarını düşündürən əsas sual budur: Rusiya Moldovada yeni cəbhə aça, müharibənin miqyası genişlənə bilərmi? İndiyədək bir çox siyasətçilər, o cümlədən Ukrayna dövlət başçısı Vladimir Zelenski də deyirdi ki, Rusiya Ukrayna ilə kifayətlənməyəcək. Həmçinin Rusiyanın SSRİ-ni bərpa etmək istəyinə diar yayılan iddiaları, Kremlin keçmiş MDB məkanı ilə bağlı ambisiyalarını da unutmaq olmaz. Hərçənd bu, işi onsuz da asan olmayan Kremlə, demək olar, sərf etmir. Moskva buna yalnız bir halda: diqqəti Ukraynadan yayındırmaq və oradakı işini daha rahat görmək üçün gedə bilər.
İkinci bir tərəfdən, Ukraynadakı müharibə Rusiya üçün gözlənilən nəticəni vermədi. Durum tədricən Moskvanın əleyhinə dəyişir. Bəlkə də, Rusiya Ukraynadan çıxmaq üçün Moldovaya müdaxilə etmək barədə düşünə bilər.
Rusiyanın Moldovaya müdaxiləsi, bəlkə də, Qərbin maraqlarına cavab verir. Çünki bu zaman Qərbin Kremlə təzyiqləri daha da artacaq. Hətta istisna deyil ki, Qərb bu müdaxilə üçün Moskvanı təhrik edəcək.
Bütün hallarda Rusiyanın Moldovaya müdaxiləsinin onun üçün müsbət nəticə verəcəyi ağlabatan deyil. Əgər bu baş versə, regionda yeni cəbhə, Kreml üçün isə yeni “bataqlıq” yaranacaq.

Kənan NovruzovKafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir