Dünən NATO baş katibi Yens Stolberqlə Polşa Prezidenti Andjey Duda birlikdə mətbuat konfransı keçirib. Hər iki diplomat Ukraynaya hərbi yardım göndərməyəcəyini bildirib. Onların sözlərinə görə, bu, hərbi müdaxilə üçün şərait yaradar. Eyni zamanda həm Stolberq, həm də Duda Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini nəzərə çatdırıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin özünün də dediyi kimi, Qərb onlara lazımi qədər dəstək göndərmədi. Bununla belə, Qərbin proseslərə tamamilə laqeyd yanaşdığını demək doğru olmaz. Əvvəllər də dediyimiz kimi, savaşdan əvvəl Qərbin Ukraynaya verdiyi vədlərin, səslənən bəyanatların arxasında konkret məqsəd var idi: Qərb Moksvaya qarşı Kiyev “kartından” istifadə etməyə çalışırdı. Bunu bacardı. Bir çox Qərb dövlətlərinin, o cümlədən ABŞ- ın prioritetlərindən biri məhz Kremlin zəifləməsidir. İndi Ukraynaya qarşı növbəti işğal faktına cavab olaraq Rusiyaya tətbiq edilən sanksiyalar birbaşa bu məqsədə xidmət edir. Amma Qərbin Rusiyanı tamamilə məhv etmək istədiyini demək çətindir. Çünki bu halda Vaşinqton Pekinlə təkbətək qalacaq. Hazırda isə onun Rusiyadan Çinə qarşı istifadə etmək imkanı var.
Kimsə üçüncü dünya müharibəsinin başlamasını istəmir: nə Qərb, nə də Rusiya. Elə buna görə də NATO Ukraynanı açıq müdafiə etməməyə çalışır. Əks halda Moskvanın “damarına basacaqlar” və Prezident Vladimir Putin nüvə silahlarının işə düşməsi barədə əmr verəcək. Bu isə planet üçün ziddi təhlükədir.
İkinci bir tərəfdən, Qərb Ukraynanı tamamilə tək qoysa idi, bu qədər müqavimət göstərə bilməzdilər. Əlbəttə, dəstək var. Və bunun gələcəkdə daha da artması istisna deyil.
Bəziləri bunun əksini sübut etməyə çalışsa da, NATO heç bir halda Kiyevi tam tək qoymayacaq. Çünki Qərbə lazım olan Ukraynanın məhvi yox, Rusiyanın zəiflədilməsidir. Bu mənada avropalı diplomatların tərəfləri böhranın diplomatik həllinə çağırışlarının səmimiliyi də şübhə altındadır.
Çox güman, hərbi əməliyyatlar daha bir müddət davam edəcək. Çünki Qərb hələ Kremldən istədiyini almayıb. Ümumiyyətlə, Qərb prosesləri nəzarət altında saxlamağa çalışır. Hərbi əməliyyatlara yalnız Qərbin maraqlarının bu və ya digər formada təmin olunduğu vaxt son qoyulacaq.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti
Kənan Novruzov: Rusiya ilə Ukrayna arasında hərbi toqquşmaya yalnız bu halda son qoyula bilər
229 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.