Ermənistanla Rusiya arasında ikitərəfli münasibətlər unikal xarakterə sahibdir. İkitərəfli münasibətlərdə kifayət qədər ziddiyyətli məqam var. Belə ki, rəsmi İrəvan bir tərəfdən Moskvanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tənqid edir, digər tərəfdən isə iqtisadi və ticarət əlaqələrini inkişaf etdirir.
Ermənistan ənənəvi olaraq KTMT-nin bu dəfəki tədbirində – Astanada keçirilən sammitində də iştirak etmədi. Bəzi iddialara görə, rəsmi İrəvan təşkilatdan çıxmaqla bağlı fikirlərini dəyişib. Rusiya Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Moskva Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edir.
Ermənistan rəsmiləri indiyə kimi bir neçə dəfə müxtəlif səviyyələrdə KTMT-dən çıxacaqları barədə açıqlamalar veriblər. Amma hələ ki, bununla bağlı konkret qərar qəbul edilməyib. Rəsmi İrəvan sadəcə olaraq KTMT-ni, belə demək mümkünsə, bloklayıb.
Bundan başqa, bir müddət əvvəl Rusiya sərhədçilərinin 2025-ci il yanvarın 1-dən Ermənistan – İran sərhədində yerləşən nəzarət buraxılış məntəqəsindən çıxacaqları barədə razılıq əldə olunub.
Eyni zamanda qeyd etməliyik ki, Ermənistan rəsmiləri zaman- zaman Rusiyanı tənqid edir, narazılıqlarını ifadə edir.
Bununla belə, tərəflər arasında qarşılıqlı ticarət həcmi getdikcə artır. Üstəgəl, Ermənistan Rusiyadan uzaqlaşmaq istiqamətində konkret addımlar atmır. Məsələn, iddia edilənin əksinə olaraq İrəvan hələ də KTMT- dədir. Üstəgəl, Rusiyanın 102-ci bazası hələ Ermənistanda mövcudluğunu qoruyur. Həmçinin Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək edir.
Daha maraqlısı isə budur ki, Kreml rəhbəri Ermənistan baş naziri Nikol Paşinyanın “şıtaqlıqlarına” dözür, onu cəzalandırmır. Halbuki bu, Rusiya üçün o qədər də çətin deyil.
Beləliklə, sual yaranır: Moskva və İrəvan arasında gizli razılaşma ola bilərmi? Əslində bu, mümkündür. Rusiyanın imperialist maraqları və prezident Vladimir Putinin keçmişi buna imkan verir. Keçmiş agent olan Putin prezidentliyi dövründə, yəqin ki, əvvəlki təcrübəsindən yararlanır.
Tərəflər arasında mümkün gizli razılaşma onların ikisinə də sərf edir. Belə ki, Qərb il anti-Rusiya kampaniyası üçün Ermənistana külli miqdarda pul ayırır. Beləliklə, Ermənistan ayaq üstə qala bilir. Nəzərə almaq lazımdır ki, indiki gərgin vəziyyətdə Rusiyanın Ermənistanı maliyyələşdirmək imkanı məhduddur.
Bundan başqa, o da istisna deyil ki, Kreml Paşinyan vasitəsilə Qərbin müəyyən məxfi məlumatlarını əldə edir.
Yaxşı, bəs Fransa və ABŞ-nin, doğrudanmı, bundan xəbəri yoxdur? Bu barədə dəqiq bir söz demək çətindir. Amma əgər Paşinyanla Putin arasında ehtimal edilən “centlmen razılaşması”ndan xəbərdardırlarsa, onda, ola bilsin, onlar da öz oyunlarını oynayırlar.
Kənan Novruzov
Kənan Novruzov: Rusiya ilə Ermənistan arasında “centlmen razılaşması”: “KQB” düsturu?
9 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.