KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiya hərbi elitasında ikitirəlik var: ağır nəticələrə səbəb olacaq

Kənan Novruzov: Rusiya hərbi elitasında ikitirəlik var: ağır nəticələrə səbəb olacaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
219 0

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilməsi, çox güman ki, Rusiyanın 2023-cü il üçün planlaşdırdığı həlledici hərbi səylərinə rəhbərlik etmək məqsədi daşıyır. Amma o, Prezident Vladimir Putinin gözləntilərini çətin uğurla yerinə yetirsin.
Bildirilib ki, V.Putin Ukraynadakı maksimalist niyyətlərindən əl çəkməyib: “Rusiyanın 2022-ci ilin fevral ayındakı fəlakətli müharibə planını təsdiqləyən və geri çəkilməyən Gerasimov çətin ki, indi Putinə müqavimət göstərsin. Vladimir Putin başa düşür ki, Ukrayna bu il növbəti əks-hücum əməliyyatlarına başlaya bilər. Gerasimov bu ehtimal edilən hücumlara qarşı Rusiya qüvvələrini gücləndirmək niyyətindədir”.
Bundan Rusiyanın Ukraynadakı qoşunlarına “Cənab Armegeddon” ləqəbli general-leytenant Sergey Sorovikin rəhbərlik edib. O, bu vəzifədə cəmi üç ay qalıb.
İlk növbədə onu deyək ki, bu təyinat Sorovikinin ümidləri doğrultmadığını göstərir. Hərçənd ki, üç ay əvvəl onun peşəkarlığı və qədarlığı xüsusilə qeyd olunurdu. Görünür, Kreml rəhbəri “Cənab Armegeddon”dan razı qalmadı.
İkinci bir tərəfdən, baş qərargah rəisinin bu vəzifəyə təyin olunması diqqət çəkir. Bu, onu deməyə əsas verir ki, Putinin hərbi elitaya inamı azalıb. O, generallarına kifayət qədər etibar etmir. Ona görə də müharibənin idarə olunmasını birbaşa baş qərargah rəisinə tapşırıb.
Amma bunun əksi də mümkündür. Yəni, ola bilsin, Putin Gerasimovun baş qərargah rəisi kimi fəaliyyətindən narazıdır. Kreml rəhbərinin yaxın vaxtlarda onu baş qərargah rəisi vəzifəsindən azad edəcəyi istisna deyil.
Ümumiyyətlə, Rusiya hərbi elitasında fikir ayrılığının, ikitirəliyin olması mümkündür. Müdafiə naziri Sergey Şoyqu ilə hazırkı baş qərargah rəisi arasında ixtilaf yaranması real məsələdir. Çox güman, Rusiyanın döyüş meydanındakı uğursuzluğunun əsas səbəblərindən biri də budur.
Yaxın gələcəkdə Rusiya hərbi elitasında yeni islahatların, kadr dəyişikliklərinin olacağı mümkübndür. Amma bunların hansısa nəticə verəcəyi ağlabatan deyil. Əksinə, hərbi elitadakı çəkişmələr, yəqin ki, getdikcə dərinləşəcək. Bunun isə öz növbəsində siyasi müstəviyə siraət edə və ağır nəticələrə səbəb ola bilər.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir