KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiya hərbi elitasında idarəetmə zəifləyir, Putin xalqa müraciət edə bilər

Kənan Novruzov: Rusiya hərbi elitasında idarəetmə zəifləyir, Putin xalqa müraciət edə bilər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
184 0

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya ordusu siyasi təzyiq altındadır. Müharibənin ildönümündə Baxmutun nəzarətə götürülməsi barədə həqiqəti əks etdirməyən məlumatın yayılması gözlənilir.
Həmçinin bildirilib ki, Rusiyanın elit 155-ci və 40-cı dəniz piyada briqadaları Baxmut və Vuhledar istiqamətində ciddi itkilər veriblər: “Döyüşlər Rusiya üçün səmərəsiz keçir. Gələcəkdə Rusiya hakimiyyəti daxilində gərginlik arta bilər”.
Əvəllər də dediyimiz kimi zaman Rusiyanın əleyhinə işləyir. Bu, özünü ən çox Rusiya daxilindəki narazılığın artmasında və daxili gərginlikdə göstərir. Rusiya hərbi elitasında ikitirəliyin olduğu aydındır. Daha kiçik rütbəli zabitlər bir çox hallarda komandirlərinin tapşırıqlarını yerinə yetirmək istəmirlər. Həmçinin getdikcə orduya inam azalır. Təsadüfi deyil ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov artıq Ukraynadakı döyüşlərə şəxsən nəzarət edir.
Ümumiyyətlə, Rusiyanın döyüş meydanındakı uğursuzluğu hərbi elitadakı idarəetməyə əsaslı dərəcədə təsir göstərir. Müxtəlif dairələrə tez-tez yeni komandanların təyin edilməsi də, çox güman, həm də bu məqamla bağlıdır.
Üç gündən sonra Ukraynadakı müharibənin bir il tamam olacaq. Həmin gün Rusiya Prezidenti Vladimir Putinin xalqa müraciəti gözlənilir. Çox güman, o, xalqa hansısa müjdə verməyə çalışacaq. Bu mənada qarşıdakı günlərdə kütləvi raket hücumlarının, genişmiqyaslı hücumların həyata keçiriləcəyi istisna deyil.
Konkret olaraq Baxmutla bağlı məlumatın yayılacağını demək çətindir. Amma nəzərə almaq lazımdır ki, Baxmut hər iki tərəf, xüsusilə Rusiya üçün strateji əhəmiyyətlidir. Elə buna görə də rəsmi Moskva bu istiqamətə xüsusi diqqət göstərir.
Putin ehtimal edilən müraciəti zamanı, yəqin ki, insan amili məsələsinə toxunacaq. Ola bilsin, o, Rusiya Silahlı Qüvvələri üçün prioritetin insan faktoru olduğunu vurğulasın və uğursuzluqları belə izah etsin.
Hər halda indiki şəraitdə Moskvanın alternativləri elə də çox deyil.
Davam edən müharibə Rusiyanı daxilən daha da zəiflədəcək. Gələcəkdə hərbi elitada yeni islahatların həyata keçirilməsi mümkündür. Amma onların nəticə verəcəyi ağlabatan deyil. Təəssüf ki, Rusiyanın davam edən uğursuzluqları fonunda nüvə silahından istifadə ehtimalı artır.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir