KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiya Belarusdan yeni cəbhə açır?: Lukaşenko istəmir, amma…

Kənan Novruzov: Rusiya Belarusdan yeni cəbhə açır?: Lukaşenko istəmir, amma…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
230 0

ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, Rusiyanın Belarus ərazisindən Ukraynaya hücumu gözlənilir. Bildirilir ki, yaxın həftələrdə reallaşmasa belə, ehtimal var: “Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən gün – yanvarın 19-da belaruslu həmkarı Viktor Xreninlə telefon danışığında ikitərəfli hərbi əməkdaşlıq barədə danışıb. Həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Xüsusilə 2023-cü ilin sonuna doğru Rusiya Belarus ərazisindən hücuma keçə bilər. Rusiya 2022-ci ilin payızında illik hərbi çağırış dövrünü başa vuracaq. 2023-cü ilin payızına qədər isə bir neçə ehtiyat çağırış həyata keçirilə bilər. Rusiyalı fəallar Rusiyanın Belarusdan hücuma keçmək ideyasını pisləyirlər. Onların fikrincə, bu, pis ideyadır”.

Qeyd etmək lazımdır ki, son vaxtlar Moskva ilə Minsk arasında təmaslar intensivləşib. Bu, əlbəttə, Ukraynadakı müharibə ilə bağlıdır. Rusiya bütün imkanları ilə Belarusu savaşa çəkmək istəyir. Minsk isə hələ ki, müqavimət göstərir. Çünki Prezident Aleksandr Lukanşenko başa düşür ki, bu, ağır nəticələrə səbəb ola bilər.

Belarusun imkanları Rusiyanınkı qədər çox deyil. Şübhəsiz ki, Mink savaşa qoşularsa, Qərbin bu dövlətə təzyiqləri artacaq. Belarus isə ehtimal edilən təzyiqlərə, o cümlədən də sanksiyalara uzun müddət tab gətirə bilməz.

İkinci bir tərəfdən getdikcə Rusiyanın da Belarusa təzyiqləri artmaqdadır. Belə demək mümkünsə, Minsk “iki od arasında”- Qərblə Rusiyanın arasında qalıb. Lukaşenko hər iki tərəfi qane etməyə çalışır. Amma bu da sonsuzadək mümkün deyil.

Rusiyanın işi getdikcə çətinləşir. Kreml rəhbəri artıq alternativ variantlar barədə düşünür. Bunlardan biri isə, şübhəsiz ki, Belarusda yeni cəbhənin açılmasıdır. Bu, döyüş meydanındakı vəziyyəti Rusiyanın xeyrinə dəyişə bilər.

Belarusdan cəbhə açılma ehtimalı hələ ki, real görünmür. Lukaşenko bunun qarşısını almaq üçün əlindən gələni edəcək. Çünki cəbhənin açılması Minskin birbaşa savaşa qoşulması demək olar. Elə ona görə Luşenko müxtəlif bəyanatlarla, simvolik addımlarla rusiyalı həmkarının “könlünü xoş etməyə çalışacaq”.
Buna baxmayaraq, savaş uzandıqca Belarusdan yeni cəbhə açılma ehtimalı artır.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir