Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Son zamanlar Ermənistan hərbi təxribatlarını intensivləşdirib. Demək olar, hər gün sərhəd bölgəsində və Qarabağda sabotaj cəhdi həyata keçirilir. Bu isə rəsmi İrəvanın sülh idealına səmimilik barədə bəyanatlarını kölgədə qoyur.
Məlumdur ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında, həmçinin yekun sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan qüvvələr var. Onlar bütün imkanları ilə prosesə mane olmağa çalışırlar. Bu mənada provokasiyaların ən azı bir hissəsinin üçüncü qüvvələr tərəfindən idarə olunması mümkündür. Amma bu, heç bir halda Ermənistanı məsuliyyətdən azad etmir.
Rəsmi İrəvan, həqiqətən, sülh istəyirsə, təxribatları dayandırmalıdır. Əvvəl də dediyimiz kimi Ermənistan baş naziri Nikol Paşinyandan indi siyasi iradə tələb olunur. O, sülhdə səmimidirsə, provokasiyaların ən qısa zamanda dayanmasına çalışmalıdır.
Ehtimal etmək olar ki, hökumət başçısı ikili oynayır: O, sülhdən danışsa da, həm də vaxtı uzatmağa çalışır. Əlbəttə, Paşinyanın işi çox çətindir. Ona hər tərəfdən təzyiq göstərilir. Baş nazirin nəinki hakimiyyəti, həyatı da təhlükə altındadır. Bunun əsas səbəbkarı isə Paşinyan özüdür. Baş nazirin sürüşkən xarici siyasəti, gah nala, gah mıxa vurması ona çətinlik yaradır.
Paşinyanın üzləşdiyi siyasi təhdidlər, onun üçün yaranan risklər bizim üçün əhəmiyyətli deyil. Azərbaycanın prioriteti suveren ərazilərində təhlükəsizliyi təmin etmək, yekun sülh sazişinə nail olmaqdır. Davamlı sabotajlar isə buna mane olur.
Rəsmi Bakı çox gözləməyəcək. Davam edən təxribatlar Azərbaycanın maraqlarına zidddir. Oxşar addımlar səngiməsə, Azərbaycanın növbəti hərbi əməliyyatlara başlaması və düşmənə tutarlı zərbələr endirməsi qaçılmaz olacaq.
Kənan Novruzov
- Anasayfa
- »
- Azerbaycan
- »
- Kənan Novruzov: Rəsmi Bakı çox gözləməyəcək: Tutarlı zərbələr endiriləcək
Kənan Novruzov: Rəsmi Bakı çox gözləməyəcək: Tutarlı zərbələr endiriləcək
318 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.