KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Qriqoryan sülhməramlılarla bağlı nə demək istəyib?

Kənan Novruzov: Qriqoryan sülhməramlılarla bağlı nə demək istəyib?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
32 0

Rusiyanı qıcıqlandırmamaq üçün…

Ermənistan Təhlükəszilik Şurasının katibi bu günlərdə “Armenpress”ə müsahibəsində Rusiya sülhməramlılarının fəaliyyəti barədə də danışıb. O, deyib ki, Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsinə beynəlxalq təminat var: “Bu da Rusiya Federasiyasının sülhməramlı qoşunlarının orada olmasıdır. Biz bu zəmanətin daha da təkmilləşdirilməsi üzərində işləməliyik, lakin Qarabağ probleminin demilitarizasiyası vacib ideyadır”.
Qiqoryan həmin müsahibəsində, həmçinin Azərbaycanla yükun sülh müqaviləsi barədə danışıb, bizim ərazi bütövlüyümüzü tanıdıqlarını, 5 bəndlik təklifi məqbul hesab etdiklərini söyləyib.
Əslində sözügedən müsahibəni ümumi mənada konstruktiv hesab etmək olar. Qriqoryanın açıqlamaları bir daha göstərdi ki, Ermənistanın Azərbaycanla münasibətləri bərpa etməkdən başqa yolu yoxdur.
Təhlükəsizlik Şurasının katibinin rus hərbçilərinin Qarabağdakı fəaliyyətləri barədə dediklərinə gəldikdə isə, yəqin ki, bu, Kremli daha çox qıcıqlandırmamaqdan ötrü idi. Belə ki onsuz da səslənən fikirlərdən Rusiyanı narahat edə biləcək kifayət qədər məqam var idi. Bu mənəda, ola bilsin, Qriqoryan sülhməramlıları tərifləməklə ehtimal edilən təhlükənin qarşısını almaq istəyib.
İkinci bir tərəfdən, sülhməramlıların Qarabağdakı mandatının uzanması əslində, bəlkə də, Ermənistanın maraqlarına cavab verir. Çünki İrəvan bu zaman özünü daha “təhlükəsiz” hiss edə bilər. Rusiya hərbçilərinin Qarabağda qalma müddətinin uzadılması Rusiyanın da ürəyincədir. Beləliklə, ola bilsin, İrəvan Moskvaya kompromis təklif edib: sərhədlərin müəyyənləşdirilməsi prosesinə müdaxilə etməyin, biz də sülhməramlıların burada daha çox qalması üçün siz deyəni edək. Əgər belədirsə, Rusiyanın bu təkliflə razılaşması mümkündür. Çünki Kremlin Cənubi Qafqazdakı proseslərə təsir imkanı onsuz da getdikcə azalır.
Yəqin ki, gələcəkdə Moskva ilə İrəvan arasında sülhməramlıların fəaliyyət müddətinin artırılması barədə gizli və açıq müzakirələr gedəcək. İntensivləşən təxribatlar həm də rus hərbçilərinin mandatının uzadılması ilə bağlıdır. Lakin fakt ondan ibarətdir ki, sülhməramlılar işlərini görmür, terrorçuları ərazidən çıxarmırlar. Üstəgəl, provokasiyaların təkrarlanması da sülhməramlıların öz işlərini görmədiyini göstərir.
Əlbəttə, biz çalışmalıyıq ki, sülhməramlılar buradakı 5 illik fəaliyyət başa çatdıqdan sonra dərhal ərazini tərk etsinlər. Əks halda regionda hələ də separatizm təhlükəsi qalmış olacaq. Qriqoryanın rusiyalı hərbçilərlə bağlı dediklərinə isə o qədər də ciddi yanaşmaq lazım deyil. Çünki dediyimiz kimi, bu, çox güman, Rusiyanı çox qıcıqlandırmamaq üçündür. Bundan başqa nəzərə almaq lazımdır ki, sülhməramlıların Qarabağdan çıxması Ermənistandan daha çox bizim iradəmizdən asılıdır.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.