KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Qərbdə “soyuq küləklər əsir”: Avropa ABŞ- ı hədələyir

Kənan Novruzov: Qərbdə “soyuq küləklər əsir”: Avropa ABŞ- ı hədələyir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
24 0

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında deyib ki, Ukraynanın uğursuzluğu Avropa ilə yanaşı, ABŞ-ni də zəiflədər. O, qeyd edib ki, Münxendə onların vəzifələri təkcə bu ilin geosiyasi mənzərəsini təsvir etmək deyil, həm də onu formalaşdırmaqdır:
“Onu elə formalaşdırmaq lazımdır ki, bizim transatlantik dəyərlərimizin davamlı olmasını və maraqlarımızın müdafiəsini təmin etsin”.
ABŞ-nin tətbiq etdiyi tariflərə gəldikdə isə Avropa Komissiyasının sədri bunu əsassız adlandıraraq vurğulayıb ki, Avropa İttifaqına tətbiq edilən əsassız tariflər cavabsız qalmayacaq.

Lyayenin açıqlamasında ABŞ-a qarşı hədə, təhdid tonu aydın hiss olunur. Onun səsləndirdiyi fikirlər ABŞ-la Aİ arasında fikir ayrılıqlarının və gərginləşən münasibətlərin təzahürü kimi qiymətləndirilməlidir.

Məsələ burasındadır ki, Tramp hakimiyyətə gələndən sonra ABŞ ilə Aİ arasındakı münasibətlər pisləşməyə doğru gedir. Bunun bir neçə səbəbi var. Birincisi, ABŞ və Aİ-nin Şərqi Avropadakı müharibə ilə bağlı mövqeyi üst- üstə düşmür. Vaşinqton müharibəni dayandırmaq və bunun üçün lazım gələrsə, Kiyevə dəstəyi dayandırmaq niyyətindədir. Bu isə Aİ-nin təhlükəsizlik maraqlarına uyğun deyil.

İkincisi, ABŞ Kanada, Qrelandiya adası hesabına öz ərazisini genişləndirmək niyyətindədir. Bu da bir çox Aİ ölkələrinin, o cümlədən Danimarkanın xoşuna gəlmir.
Üçüncüsü, ABŞ-nin Aİ-yə tətbiq etdiyi tariflərdir.
Gələcəkdə Brüssellə Vaşinqton arasında gərginliyin daha da artması gözləniləndir. Amma nə ABŞ, nə də Aİ “qırmızı xətti” keçəcək.

Lyayenin açıqlamasında diqqət çəkən iki məqam var. Birincisi, onun Ukraynanın mümkün uğursuzluğunun həm də ABŞ-ni zəiflədə biləcəyinə dair səsləndirdiyi fikirlərdir. Aİ rəsmisi bu açıqlaması ilə ABŞ-ni Ukraynaya dəstəyini azaltmaq və ya tamamilə dayandırmaq niyyətindən çəkindirməyə çalışıb və sanki bunun mümkün nəticəsi ilə bağlı xəbərdarlıq edib.
Hərçənd ABŞ Aİ- nin bircə xəbərdarlığı ilə fikrindən daşınacağı inandırıcı görünmür.
İkinci bir məsələ isə Aİ-nin ABŞ-nin ona qarşı tətbiq etdiyi sanksiyalara mümkün cavabı ilə bağlıdır. Çox güman ki, ittifaq rəsmi Vaşinqtonun embarqolarını cavabsız qoymayacaq. Bu isə onsuz da pisləşən münasibətləri daha da gərginləşdirə bilər.
Beləliklə, Qərbdə “soyuq küləklər əsir”…

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir