KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Qərb Ukraynada nəyə nail olmaq istəyir?

Kənan Novruzov: Qərb Ukraynada nəyə nail olmaq istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
251 0

Şərqi Avropada Cənubi Qafqaz ssenarisi: Qərb Ukraynada nəyə nail olmaq istəyir?

Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynanın işğal olunmuş ərazilərində “çirkli bomba”dan istifadə etdiyini bildirib. Ukrayna rəsmiləri bu iddiaları rədd ediblər. Həmçinin ABŞ dövlət katibi Entoni Blinken də bunu real hesab etmədiyini deyib.
Son günlər Şoyqu ABŞ, Böyük Britaniya və Türkiyədən olan həmkarları ilə intensiv telefon danışıqları aparır. Çox güman, bu danışıqların əsas mövzusu məhz “çirkli bomba”dır.
Ukraynanın sözügedən silahlardan istifadə etmədiyini kimsə əminliklə deyə bilməz. Bəlkə də, elə ABŞ və müttəfiqləri “çirkli bombaları” Kiyevə ötürürlər. Lakin daha real versiya başqadır: ola bilsin, Moskva artıq işinin çətinləşdiyini, məğlubiyyətə yaxınlaşdığını anlayır. Ona görə də “çirkli bomba” iddiası ilə təmaslar aparır, konsesusa cəhd edir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə rusiyalı həmkarı Vladimir Putinin əvvəlkinə nisbətən indi dialoqa daha açıq olduğunu bildirmişdi.
Ukraynanın müdafiə naziri Oliksiy Reznikov işğal olunmuş ərazilərə monitorinq missiyasının göndərilməsini təklif edib. O, Kiyevin buna hazır olduğunu bildirib. İndiki halda ərazilərə beynəlxalq müşahidəçilərin göndərilməsi Qərbin və Ukraynanın maraqlarına uyğundur. Rusiya üçün isə bu, arzuolunan deyyil. Yəqin ki, Moskva monitorinq missiyasının işğal edilmiş ərazilərə gəlməsinə ehtimalına etiraz edəcək və bunun qarşısını almağa çalışacaq.
Çox güman ki, işğal edilmiş ərazilərə monitorinq missiyasının yerləşməsi barədə təşəbbüslər, fikirlər davam edəcək. Yaxın gələcəkdə ayrı- ayrı Qərb liderlərindən, beynəlxalq təşkilat rəhbərlərindən də bu fikirləri eşitmək olar.
Böyük ehtimalla, Reznikovun müşahidəçiləri əraziyə dəvət etməsi məhz Şoyqunun sözügedən iddiaları ilə bağlıdır. Ola bilsin, rəsmi Kiyev bu yolla ittihamların sadəcə böhtan olduğunu təsdiqləmək niyyətindədir.
Lakin daha dərinə getsək, düşünə bilərik ki, sözügedən missiyanın Ukraynaya yerləşməsi gələcəkdə bu ölkənin parçalanması zəmin yaratmaq təşəbbüsü də ola bilər. Doğrudur, missiyanın Ukraynaya gedib- getməyəcəyi və ya konkret olaraq harada yerləşəcəyi hələ ki, dəqiq açıqlanmayıb. Amma əgər bu baş tutarsa, Qərblə Rusiya arasındakı gərginlik daha da dərinləşəcək.
Ukraynayə göndəriləcəyi təqdirdə missiyanın ordakı fəaliyyətinin nə qədər davam edəcəyi məlum deyil. Amma hiss olunur ki, Qərb Şərqi Avropada Cənubi Qafqaz ssenarisini təkrarlamaq istəyir. Bu ABŞ və müttəfiqlərinin regiondakı maraqları ilə bağlıdır. Və əgər belədirsə, deməli, gələcəkdə Ukraynanın parçalanması artıq utopiya deyil.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir