KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Putin “Vaqner”i qurban verəcək?

Kənan Novruzov: Putin “Vaqner”i qurban verəcək?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
182 0

 

ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, Kreml tədricən “Vaqner” muzdlu hərbi təşkilatını gözdən salmağa çalışacaq. Bildirilib ki, “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin Ukrayna kəşfiyyatı ilə əlaqələrinə dair iddialar Kremlin diqqətindədir:
“Kreml çox güman ki, Priqojini satqın kimi gözdən salmaq üçün mexanizmlər hazırlayır. Amma Kreml asanlıq Priqojini “Vaqner”in faktiki rəhbəri vəzifəsindən uzaqlaşdıra və onu başqası ilə əvəz edə bilməz. Çünki “Vaqner” müstəqil şirkətdir. O, Rusiya hökumətində heç bir rəsmi vəzifə tutmur”.
Məlum olduğu kimi, daha əvvəl Proqojin Rusiya Müdafiə Nazirliyini sərt təqnid etmişdi. O bildirmişdi ki, lazımi qədər silah-surat təmin edilməsə, “Vaqner” Ukraynanın işğal altındakı Donetsk vilayətinin Baxmut şəhərindən çıxacaq.

Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” arasında ziddiyət var. Və bu gərginlik getdikcə artır. Əvvəllər də dediyimiz kimi, Rusiya hərbi elitası artıq Ukrayna ordusu ilə yox, bir-biriləri ilə mübarizə aparır. Bunun əsas səbəbi isə müxtəlif cəbhələrdəki, o cümlədən Baxmutdakı uğursuzluqdur. Rusiya Müdafiə Nazirliyi və “Vaqner” bu uğursuzluğa görə bir-birilərini günahlandırırlar. Bu isə ölkə daxilində təkcə hərbi yox, həm də siyasi gərginliyə səbəb olur.

Rusiya hakimiyyəti bir müddətdən sonra Müdafiə Nazirliyi ilə “Vaqner” arasında qərar verməli olacaq. Çünki tərəflər arasında ziddiyyət, hətta, ola bilsin, bir-birilərinə “quyu qazmaları” birbaşa olaraq prezident Vladimir Putinin ambisiyalarına mane olur. ABŞ İnstitunun yaydığı məlumat onu deməyə əsas verir ki, artıq proses başlayıb. Qərb analitiklərinin fikirlərinə istinad etsək, söyləyə bilərik ki, hakimiyyət Müdafiə Nazirliyinə üstünlük verir.
Hakimiyyətin Müdafiə Nazirliyinə üstünlük verməyinin bir neçə əsas səbəbi var. Birincisi, Müdafiə Nazirliyi rəsmi dövlət qurumudur və birbaşa Kremlə tabedir. “Vaqner”i isə hakimiyyətə bağlayan bir şey yoxdur. Deməli, hakimiyyət üçün nazirliklə işləmək daha etibarlı variantdır, nəinki “Vaqner”lə.

İkincisi, Müdafiə Nazirliyinin imkanları və təsir gücü daha çoxdur. Bu isə o deməkdir ki, hakimiyyət “Vaqner”ə görə nazirlikdən imtina etsə, bu, ciddi daxili kataklizmlərlə, o cümlədən hərbçilərin çevriliş cəhdi ilə nəticələnə bilər.

Bu baxımdan Rusiya hakimiyyətinin Müdafiə Nazirliyindən üz döndərəcəyi ağlabatan görünmür.
Düşünürəm ki, Müdafiə Nazirliyi ilə “Vaqner” arasında gərginlik artan templə davam edəcək. Gələcək Priqojinin “səhnədən çıxarılması”, o cümlədən ona qarşı sui-qəsd təşkil edilməsi mümkündür.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir