KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Putin və Tramp arasında gözlənilən danışıq: Ukraynadan Yaxın Şərqə qədər…

Kənan Novruzov: Putin və Tramp arasında gözlənilən danışıq: Ukraynadan Yaxın Şərqə qədər…

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
26 0

Rusiya Prezidenti Vladimir Putin fevrlım 12- də amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, söhbət zamanı Rusiya – Ukrayna müharibəsinin nizamlanması, məhbusların mübadiləsi üzrə razılaşmalar, Moskva və Vaşinqton arasında ikitərəfli əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət, həmçinin İranın nüvə proqramı müzakirə edilib.

“Bir az əvvəl Prezident Putin ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatdı. Bu, çox uzun bir telefon söhbəti idi, təxminən bir saat yarım davam etdi”, – o söyləyib.

Telefon danışığı Putin, həmçinin həmkarını Rusiyaya səfərə dəvət edib.

Öncə onu deyək ki, bu telefon danışığı hər iki tərəf üçün olduqca vacib əhəmiyyətli idi. Beləliklə, Putin və Tramp bir- birilərinin əllərindəki “kartı gördülər”.

Peskovun dediklərindən belə məlum olur ki, dövlət başçılarının telefon danışığı kifayət qədər məhsuldar olub.
Onların müzakirə etdikləri məsələlər arasında Rusiya- Ukrayna müharibəsinin başda olması təsadüfi deyil. Belə ki, sözügedən məsələ hər iki tərəfin prioritetlərindəndir.
Əvvəl də dediyimiz kimi, Tramp müharibəni bitirməkdə israrlıdır. Bunun üçün o, həm Kiyev, həm də Moskva ilə “işləyəcək”. Görünən odur ki, Vaşinqton Moskvanın “nazı ilə oynamaq” fikrində deyil. Hərçənd ABŞ mütləq Rusiyanın maraqlarını nəzərə almalı olacaq. Bu olmasa, nə danışıqlar olacaq, nə də sülh.

Görünən budur ki, Ağ Ev həm Rusiyanı, həm də Ukraynanı fakt qarşısında qoymaq istəyir. Tramp beləlikıə, tərəflərin mövqelərini yaxınlaşdırmaq niyyətindədir. Əslində bu, müəyyən mənada fayda verə bilər.

Yaxın Şərqdəki durumla bağlı bildirməliyik ki, bu məsələ ilə bağlı tərəflərin mövqeləri üst- üstə düşmür. ABŞ İsrail vasitəsilə bölgədə gərginliyin qorunmasının və bacarsa, İranı da qarşıdurmaya çəkməyin tərəfdarıdır. İrana qarşı təhdidlərin artması isə onun yaxın tərəfdaşı Rusiyanın maraqlarına uyğun deyil.

Tehranla Moskva arasında əməkdaşlığın güclənməsi və yeni mərhələyə başlanması Vaşinqtonu narahat etməmiş deyil. ABŞ lideri perspektivdə Rusiyadan İranla əlaqələri zəiflətməyi tələb edir. Putinin bu tələbə cavabı ABŞ müharibə ilə bağlı mövqeyinə təsir edəcək.

İranın nüvə proqramı məsələsinə gəldikdə  isə bildirməliyik ki, Tramp İranın bir nömrəli düşməni kimi xarakterizə edilir. Əslində bu, daha çox Trampın sələfinə nisbətən İsrailə daha çox yaxınlığı ilə bağlıdır.

Trampı narahat edən əslində təkcə İranın nüvə silahlna sahib olmaq iddiası deyil. Bütövlükdə güclənməsi və digər sahələrdə inkişaf etməsidir. Bu məsələdə də ABŞ-a Rusiyanın köməyi lazımdır. Rusiyanın dəstəyindən məhrum etməklə ABŞ İranı zəiflədə, ən azından inkişafının qarşısını ala bilər.
Bütün bunlar kompleks xarakter daşıyır və Rusiya ilə münasibətlərdə xüsusi əhəmiyyət daşıyır.

Trampın Putinlə görüşə tələsdiyinə inanmıram. Ümumiyyətlə, belə bir səfəri tamamilə istisna etmək də olardı. Sadəcə bir məqam- Putinin xarici səfərlərini ciddi şəkildə azaltması və onun barəsində Beynəlxalq Cinayət Məhkəməsinin qərarının olduğunu nəzərə alsaq, deməliyik ki, onların başqa ölkədə görüşmək ehtimalı çox azdır. Bu obyektiv səbəb Trampın Rusiyaya səfərini mümkün edir. Hərçənd belə bir səfər yaxın zaman üçün gözlənilmir. Buna baxmayaraq, tərəflər müxtəlif diplomatik kanallarla əlaqələri davam etdirəcəklər.

Yuxarıda qeyd etdiyimiz bütün məsələlər qarşıdakı zamanda gündəlikdə olacaq. Tramp Putindən istədiyini alsa, Ukrayna məsələsi ilə bağlı qismən güzəştə gedəcək. Əks halda isə Moskvanın işi o qədər də asan olmayacaq.

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir