KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Putin sonadək gedəcək

Kənan Novruzov: Putin sonadək gedəcək

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
206 0

sülh perspektivi yoxdur

Rusiya prezidenti Vladimir Putin dünən Çin lideri Si Cinpinlə görüşü zamanı Pekinin sülh planını diqqətlə öyrəndiyini və danışıqlara açıq olduğunu deyib. Öncə onu deyək ki, Pekinin sülh planı Kiyevi qane etmir. Və ümumiyyətlə, müharibənin ilk aylarından fərqli olaraq, Ukrayna indi sülh yox, Krım da daxil olmaqla işğal olunmuş bütün torpaqlarını azad etmək, 1991- ci il sərhədlərini bərpa etmək barədə düşünür. Bu isə həm də Qərbin Ukraynaya dəstəyinin nəticəsidir.

Putin əvvəllər də bir neçə dəfə sülhə hazır olduğunu deyib. Amma bu, Kremlin sabah sülh müqaviləsini imzalayacağı kimi başa düşülməməlidir. Əks halda tərəflər çoxdan razılığa gəlmiş olardılar. Əslində indi əsas məsələ sülh müqaviləsi yox, onun şərtləridir. Belə ki, hər iki tərəf- həm Putin, həm də onun ukraynalı həmkarı Volodimir Zelenski sülh müqaviləsi ehtimalını istisna etmirlər. Amma irəli sürülən şərtlər və tələblər fərqlidir.

Putinin sülhlə bağlı fikirlərində səmimi olduğunu düşünmürəm. Onun sözləri daha çox manipulyasiya xarakterlidir. Kreml rəhbəri sadəcə humanist görünmək istəyir.

Ümumiyyətlə, sülh perspektivi getdikcə azalır. Döyüşlərin miqyası genişlənir. Üçüncü güclərin müharibədə iştirakı artır. Ukrayna artıq tamamilə ABŞ – dan asılı vəziyyətə düşüb. Rusiya isə tədricən sivil dünyadan tədric olunur. Rusiya hərbi və siyasi elitasında ikitirəlik güclənir. Bütün bunlar onu deməyə əsas verir ki, daha geriyə yol yoxdur.

Həmçinin baş verən digər proseslər, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin Putin haqqında çıxardığı həbs qərarı onu deməyə əsas verir ki, Kreml rəhbərinin daha itirəcəyi bir şey yoxdur. Onun kimi liderlər belə situasiyada geri çəkilmirlər. Yəqin ki, Putin axıra kimi gedəcək. Üfüqdə isə sülh perspektivi görünmür.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir