KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Putin nüvə silahına alternativ tapdı

Kənan Novruzov: Putin nüvə silahına alternativ tapdı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
44 0

“Cənab Armegeddon” ümidləri doğrulda biləcəkmi?- Putin nüvə silahına alternativ tapdı
Son günlər Rusiya Silahlı Qüvvələrinin Ukraynaya raket hücumları davam edir. ABŞ-ın Müharibə Tədqiqatları İnstitunun iddiasına görə, bu, oktyabrın 8-də Ukraynadakı xüsusi hərbi əməliyyat zonasında birləşmiş qoşunlar qrupuna yeni komandan təyin olunmuş Sergey Surovkinin tapşırığıdır.
Axır vaxtlar Rusiya hərbi elitasındakı xaos aydın hiss olunur. Hətta müxtəlif məlumatlara görə, Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlikdəki uğursuzluğa görə müdafiə naziri Sergey Şoyqunu günahlandırmağa hazırlaşır. Şoyqu ilə bağlı iddialar getdikcə artır.
Ukraynadakı durum, o cümlədən Krım körpüsünün vurulması Rusiyanın işini getdikcə çətinləşdirir. Moskva alternativ tədbirlər görməli idi. Bu mənada yeni komandirin təyin olunması əslində gözlənilən idi.
Surovkin təcrübəli hərbçidir. O, bir sıra “qaynar nöqtələrdə” , o cümlədən Suriyada xidmət edib. Düşünürəm ki, Surovkinin bu vəzifəyə təyin edilməsi təsadüfi deyil. Bu, onun hərbçi kimi səciyyəvi xüsusiyyətləri, o cümlədən qəddarlığı ilə bağlıdır.
Əlbəttə, Kremlin məqsədi Ukraynadakı müharibədə dönüş yaratmaqdır. Son günlər davam edən raket hücumları bunun təzahürüdür.
Surovkin fəlakətin “müjdəçisi” kimi “cənab Armegeddon” adlanır. Qərb mətbuatı artıq bir neçə gündür onun qəddarlığından yazır.
ABŞ Müharibə Tədqiqatları İnstitutunun qənaətinə görə, Rusiya Ukraynada istədiyi məqsədə çata bilməyəcək. Çünki Ukrayna Suriya deyil.
Fikrimcə, qarşıdakı günlərdə Ukraynada durum bir az da gərginləşəcək. Surovkin nəyə qadir olduğunu göstərməyə çalışacaq. Bu mənada raket hücumlarının intensivləşəcəyi istisna deyil. Amma bu, Ukraynanın təslim olacağı kimi başa düşülməməlidir. Əvvəllər də dediyimiz kimi, müharibədə ABŞ və müttəfiqlərinin konkret məqsədləri var. Və onlar bu məqsədlərinə nail olanadək Kiyevi dəstəkləməyə davam edəcəklər.
Bir müddət əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu demişdi ki, Kreml özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə bilər. Bu, beynəlxalq ictimaiyyət arasında ciddi ajiotaj yaratdı. Müxtəlif dünya liderləri bu barədə Moskvaya xəbərdarlıq etdilər.
Əlbəttə, nüvə silahının tətbiqi istisna deyil. Rusiya bu addımı ata bilər. Amma məcburiyyət qarşısında. Putin yalnız bütün imkanlarının tükəndiyindən əmin olanda nüvə silahına əl atacaq. Çünki bu, Moskvanın özü üçün də arzuolunan deyil. Bu mənada, ola bilsin, Kreml rəhbəri “cənab Armegeddon”u savaşa cəlb etməklə nüvə “kartını” sonraya saxlamaq istəyir. Görünür, Putin Surovkinə, həqiqətən, ümid edir.
Surovkin etimadı doğrultmağa çalışacaq. O, bunun üçün hər şey edəcək. Amma müharibənin taleyinin yaxın vaxtda həll olunacağına, “cənab Armegeddon”un Putinin ümidlərinə doğruldacağına inanmıram.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir