KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Putin hakimiyyətinin sonu yaxınlaşır: Gələn ilki prezident seçkilərində…

Kənan Novruzov: Putin hakimiyyətinin sonu yaxınlaşır: Gələn ilki prezident seçkilərində…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
191 0

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Kreml 2023-cü ilin sentyabrında
keçiriləcək regional seçkilər və 2024-cü ildə Rusiyada baş tutacaq prezident seçkiləri ilə bağlı getdikcə daha çox narahat olmağa başlayıb. Bildirilib ki, hakimiyyət Rusiya elektoratının müharibəyə münasibətinin yaxşı olmadığına görə qorxuya düşüb: “Yerli mənbələr iddia edirlər ki, Rusiya Müdafiə Nazirliyinin hərbi xidmətə maksimum çağırış yaşının 27-dən 30-a qədər artırılması təşəbbüsü Kreml rəsmiləri arasında qızğın müzakirələrə səbəb olub. Rusiya Təhlükəsizlik Şurası bu təşəbbüsün ictimai rezonans doğuracağından və Prezident Vladimir Putinin reytinqinə təsir edəcəyindən narahatdır. Ona görə də Təhlükəsizlik Şurası Müdafiə Nazirliyinin bu təklifini dəstəkləmir. Putin isə müdafiə naziri Sergey Şoyqunun əsgər çatışmazlığı ilə bağlı arqumentlərini dinlədikdən sonra bu təklifə müsbət münasibət bildirib”.
Əlbəttə, savaş Rusiyadakı siyasi duruma mənfi təsir göstərdi. Rusiya hərbi-siyasi elitasında çatlar aydın hiss olunur. Ölkədə artıq “günah keçisi” axtarılır.
Kremldəki ziddiyyətin getdikcə daha da artacağı istisna deyil. Ümumiyyətlə, hazırda zaman rəsmi Moskvanın əleyhinə işləyir.
Belə bir şəraitdə qarşıdan gələn prezident seçkiləri Putin üçün yaxşı nəsə vəd etmir. Böyük ehtimalla o, postundan getməli olacaq. Qərbin əsas məqsədlərindən biri də, çox güman, budur. Putin 2024-cü ildə baş tutacaq seçkilərdə qalib gəlmək üçün ciddi nailiyyət qazanmalıdır. Bu isə inandırıcı görünmür. Əksinə, vəziyyət getdikcə pisləşir. Müharibə artıq Rusiya ərazisinə keçib. Moskvaya PUA hücumları bunun ən bariz təzahürüdür.
Müxtəlif Qərb institutları və analitikləri artıq Putinin varisinin kim olacağına dair versiyalarla çıxış edirlər. Bu barədə müxtəlif ehtimallar var.
Proseslər onu deməyə Putinin ətrafındakı xaotik durum getdikcə dərinləşəcək. Bir azdan sonra Kremldə hakimiyyət uğrunda mübarizə başlaya bilər. Bu isə o deməkdir ki, yaxın ətrafının Putinə “arxadan zərbə vurması” istisna deyil. Bütün bunlar nə ilə nəticələnməsindən asılı olmayaraq Kremlin dayaqlarını zəiflədəcək.
Putin hakimiyyətdən gedəcəyindən əmin olsa, etibar etdiyi bir şəxsin, məsələn keçmiş prezident, hazırda Təhlüksizlik Şurası sədrinin müavini Dmitri Medvedevin onu əvəz etməsinə çalışa bilər. Çünki Putin və Medvedev əvvəlki dövrlərdə də hakimiyyətdə bir-birilərini əvəz ediblər.
Ehtimal etmək olar ki, müharibə seçkilərə qədər davam edəcək. Ən azından savaşın bu il başa çatması gözlənilmir. Putinə bərpa işləri üçün imkan verilməz.
Beləliklə, Putin hakimiyyətinin sonu yaxınlaşır. Sonun başlanğıcı Rusiyanın Ukraynaya hücumu oldu…
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir