KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Planetin “Ukrayna düyünü”: Kreml Ağ evlə hesablaşmasa…

Kənan Novruzov: Planetin “Ukrayna düyünü”: Kreml Ağ evlə hesablaşmasa…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
69 0

Rusiya ilə Ukrayna arasında savaş altı aydır ki, davam edir. Türkiyə müharibənin ilk günlərindən etuibarən vasitəçiliyini davam etdirir, döyüşlərin dayanmasına çalışır.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə ukraynalı həmkarı Volodimir Zelenski ilə danışdı. Ərdoğan Rusiya və Ukrayna liderlərini danışıqlar masası arxasına əyləşdirməyə çalışır.
Zelenski sülh danışıqlarına başlamağın şərtini açıqlayıb. O, deyib k, bunun üçün Rusiya ordusu tutduğu ərazilərdən çıxmalıdır.
Məlum olduğu kimi, kollektiv Qərb Ukraynanı dəstəkləməkdədir. Əslində savaşın bu qədər uzanmasının səbəbi məhz Vaşinqton və müttəfiqlərinin Kiyevə dəstəyidir. Əks halda Ukrayna bu qədər çox tab gətirə bilməzdi.
Əvvəllər də dediyimiz kimi, Qərb Ukraynanı “bataqlığa” çevirdi və sonra Rusiyanı bu “bataqlığa” çəkdi. Məqsəd Rusiyanı çökdürmək, idarəolunan duruma salmaqdır. Hazırda Ukraynada proksi müharibə gedir. Yəni ABŞ birbaşa olmasa da, əslində savaşın iştirakçlıarındandır. Bu isə Ağ evin regionla maraqlarındakı irəli gəlir. Deməli, Ankara hər nə qədər sülh üçün çalışsa da, Vaşinqton bunda maraqlı deyil. Yəni indiki məqamda Türkiyə ilə ABŞ-ın maraqları toqquşur, onlar bir-birilərinin “oyunlarını pozmağa” çalışırlar.
Türkiyə israrlıdır, səylərini dvaam etdirəcək. Amma Ukraynanın xeyli dərəcədə Qərbdən asılı olduğunu nəzərə almaq lazımdır. Elə durum yaranıb ki, Zelenski addımlarını Ağ evlə məsləhətləşməlidir. Əgər Kiyev Vaşinqtonun maraqlarına ziddi hərəkət etsə, ABŞ hərbi yardımı dayandırmaqla Ukraynanı hədələyəcək və silah tədürükünü azaldacaq. Beləliklə, Zelenski administrasiyası təhlükəni hiss edəcək.
Zelenski, bəlkə də, müharibənin bitməsini, hər iki tərəf üçün uyğun şərtlərlə sülh müqaviləsinin imzalanmasını istəyir. Amma Qərb buna imkan vermir. Hətta istisna deyil ki, indiyədək Qərbin bir neçə dəfə silah tədarükünü azaltmasının səbəbi məhz rəsmi Kiyevin konstruktiv bəyanatları olub.
Ərdoğan bundan sonra tərəflər arasında müəyyən konsesusun əldə edilməsinə nail ola bilər. Türkiyədə Rusiya və Ukrayna nümayəndələri arasında görüşlərin keçirilməsi, hətta dövlət başçılarının eyni masa arxasında oturması mümkündür. Əlbəttə, bunların hər biri Ərdoğanın həm beynəlxalq aləmdə, həm də daxildə nüfuzunu artıracaq. Lakin görünən budur ki, savaş yaxın vaxtda bitməyəcək. Müharibənin başa çatması üçün Rusiya və ABŞ razılığa gəlməli, Moskva Vaşinqtonun maraqlarını nəzərə almalıdır. Deməli, Putin Zelenskidən əvvəl amerikalı həmkarı Cozef Baydenlə, Rusiya xarici işlər naziri Sergey Lavrov ukraynalı həmkarı Dmitro Kulebadən əvvəl ABŞ dövlət Entoni Blinkenlə dil tapmalıdır. Lakin bu da kifayət deyil. Eyni zamanda ABŞ Türkiyənin maraqlarını nəzərə almalıdır. Beləliklə, əslində proses görünəndən daha çox mürəkkəbdir…

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir