KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Paşinyan yenə “eyni havanı çalır”: “Oyun qurmaq” istəyir

Kənan Novruzov: Paşinyan yenə “eyni havanı çalır”: “Oyun qurmaq” istəyir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
375 0

Dünən Ermənistan Baş naziri ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Paşinyan Fransa liderini ölkəsinin milli günü münasibətilə təbrik edib. O, Qarabağ məsələsindəki fəaliyyətinə görə prezidentə təşəkkürünü bildirib. Həmçinin ATƏT-in Minsk Qrupunun rolunu vurğulayıb. Bundan başqa, o, Makronu İrəvana səfərə dəvət edib.
İlk növbədə onu deyək ki, Azərbaycan Minsk Qrupunun vasitəçiliyindən imtina edib. Hətta qurumun həmsədrlərindən biri olan Rusiya da artıq Minsk Qrupunun lazım olmadığını deyib. Ermənistan rəsmiləri, o cümlədən Baş nazir Nikol Paşinyan isə bütün imkanları ilə Minsk Qrupunu “ofsaytdan” çıxarmaq istəyir. Çünki ötən otuz il göstərdi ki, həmsədrlərin mövcudluğu “düyünün açılmasına” mane olur. Bu isə İrəvana sərf edir. Bu mənada Paşinyan iqtidarının Minsk Qrupunu diriltmək cəhdləri, bəlkə də, başa düşüləndir. Amma bu, yaranan etimad mühitinə zərbə vurur. Əgər rəsmi İrəvan Bakı və Ankara ilə münasibətləri normallaşdırmaqda səmimidirsə, onda Minsk Qrupunu “oyuna daxil etmək” kimi xam xəyallardan uzaq olmalıdır. Əks halda isə Ermənistan bizi heç bir halda bizi səmimiliyinə inandıra bilməz.
İkinci bir məqam isə Paşinyanın Makronu ölkəsinə dəvət etməsidir. İrəvanın indi Parisə ciddi ehtiyacı olduğuna inanmıram. Əks halda Paşinyan özü çoxdan Makrona zəng edər və ya Fransaya gedərdi. Çox güman, baş nazir sadəcə “oyun qurmaq” istəyir. Paşinyan düşünür ki, Makron bu təklifi qəbul etsə, ilk növbədə Ermənistanın beynəlxalq imici artacaq. İkinci, bu zaman Fransa ilə Rusiya arasında ziddiyətlər yaranacaq ki, bu da Ermənistana sərf edir. Çünki manevr imkanları çoxalacaq. Üçüncüsü, bu zaman həm də daxildə iqtidarın reytinqi artacaq. Yəni məsələ Paşinyanla Makronun görüşməyində yox, Fransa prezidentinin İrəvana səfərindədir. Əlbəttə, bu səfər baş tutsa, bir sıra məsələlər, o cümlədən Ukrayna ilə Rusiya arasındakı müharibə və Cənubi Qafqazdakı durum barədə fikir mübadiləsi aparılacaq.
Lakin Makronun İrəvana səfər edəcəyi inandırıcı görünmür. Çünki dediyimiz kimi, bu, Moskvanın narazılığına səbəb ola bilər. Fransa Prezidenti, yəqin ki, bunu başa düşür.
Hazırda digər qərb ölkələrinə nisbətən Fransa Rusiya ilə “heç də bütün körpüləri yandırmayıb”. Əlbəttə, bu, bir az da dünya liderlərinin şəxsi xarakterləri ilə bağlıdır. Bu mənada Makronun İrəvana səfəri ilə Moskvanı bir az da qəzəbləndirmək istəyəcəyi ağlabatan görünmür.
Kənan NovruzovKafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir