KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Paşinyan üçün “əcəl zəngi” çalınıb mı

Kənan Novruzov: Paşinyan üçün “əcəl zəngi” çalınıb mı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
175 0

Roma statusu ratifikasiya olunacaq və…

Oktyabrın 3-də Ermənistan parlamentinin plenar iclasında Roma statutunun ratifikasiyası məsələsi müzakirə olunacaq. Ölkə parlamentində qızğın müzakirələrin aparılacağı gözlənilir.
Ermənistan parlamentinin müvafiq komissiyası isə sentyabrın 28-də məsələni müzakirə edəcək.
Məlum olduğu kimi, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qiyabi həbs qərarı çıxarıb.
Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə Putinin bu ölkə ərazisinə səfəri mümkün olmayacaq.
Sözügedən məsələ İrəvanla Moskva arasında ciddi gərginliyə səbəb olub. Bilindiyi kimi, Ermənistan artıq Rusiyadan üz döndərib. Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan dəfələrlə bu barədə açıqlamalar verib. Bildirilib ki, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edə bilmir. Əslində bu, açıq-aydın meydan oxumaq deməkdir.
Münasibətlərin indiki gərgin məqamında Ermənistanın geri addım atacağını düşünmürəm. İrəvan daha Moskva ilə münasibətləri bərpa etməz. Bu, daxildə narazılığı artırmaqla yanaşı, həm də Qərb tərəfindən yaxşı qarşılanmayacaq. Məlum olduğu kimi, Ermənistanın Rusiyanın orbitindən çıxmasında xüsusilə ABŞ-ın mühüm rolu var. Rəsmi Vaşinqton bununla Moskvanın regiondakı təsirini azaltmağa çalışır. Odur ki, Ermənistan Rusiya ilə münasibətləri bərpa etməklə heç də “əcəldən” xilas ola bilməz. Paşinyan üçün “əcəl zəngi” artıq çalınıb.
Yəqin ki, Ermənistan parlamenti Roma statusunu ratifikasiya edəcək. Bu, bilavasitə Qərbin təzyiqlərinin nəticəsi olacaq. Beləliklə, Rusiya ilə Ermənistan arasında gərginlik geri dönüşü olmayan mərhələyə qədəm qoyacaq.
Hələ ki, Paşinyanın “şıltaqlığına” loyal yanaşan Rusiya Roma statusu təsdiqlənəndən sonra münasibətini 180 dərəcə dəyişəcək. Daha Moskva İrəvanın naqolay bəyanatlarına və Paşinyanın həyəsızlığına dözümlü yanaşmayacaq. Bundan sonra da Ermənistanın qara günləri başlayacaq. Hərçənd İrəvanın durumu indi də yaxşı deyil. Paşinyan sözün əsl mənasında “odla oynayır”.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir