KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Paşinyan təhlükəsizliyindən narahatdır: Sui- qəsd ehtimalı…

Kənan Novruzov: Paşinyan təhlükəsizliyindən narahatdır: Sui- qəsd ehtimalı…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
307 0

Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, baş nazir Nikol Paşinyanın şəxsi təhlükəsizliklə bağlı qorxuları sürətlə artır. Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra Paşinyan həm parlamentdə, həm də öz ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Məlumata görə, hətta parlementdə belə, onu güclü mühafizə dəstəsi mühafizə edir.
Bundan əvvəl “Joqovurd” qəzetində də oxşar məzmunlu məqalə dərc edilmişdi.
Əslində hökumət başçısının narahatlığı üçün ciddi səbəblər var. Ən əsas məqam Paşinyanın xüsusilə son vaxtlar Azərbaycanla sülh müqaviləsi və Qarabağla bağlı səsləndirdiyi fikirlərdir. O, artıq bir neçə dəfə Qarabağın Azərbaycan ərazisi olduğunu və sülh müqaviləsinə hazır olduğunu təsdiqləyib.
Paşinyanın işi kifayət qədər çətindir. O başa düşür ki, ölkəsinin gələcəyi naminə Azərbaycanla sülh müqaviləsini imzalamalı və regional əməkdaşlığın təmin olunmasına çalışmalıdır. Üstəgəl, ABŞ da bu məsələdə maraqlıdır. İstisna deyil ki, Vaşinqton sülh müqaviləsinin imzalanması ilə bağlı İrəvana təzyiq göstərirlər. Hərçənd əvvəllər də dediyimiz kimi, Ağ ev bu məsələdə səmimi deyil və onu düşündürən öz maraqlarıdır.
Rusiya isə gərginliyin tamamilə sonlanmasında maraqlı deyil. Çünki Kreml Cənubi Qafqazdakı mövcudluğunu məhz Ermənistanın təxribatları sayəsində qoruya bilər. Qarabağdakı rus sülhməramlıları vasitəsilə Rusiya bölgədəki təsirini qoruya bilir. Əlbəttə, tərəflər arasında sülh müqaviləsi imzalansa sülhməramlılara ehtiyac olmayacaq. Ona görə də Paşinyanın Azərbaycanla bağlı loyal bəyanatları, yəqin ki, Moskvanı narahat edir.
Həmçinin Avropa İttifaqı (Aİ) sülh “düyünlərin sonadək açılmasında” maraqlı deyil.
Həm Moskva, həm Vaşinqton, həm də Brüssel öz maraqları naminə İrəvandan istifadə etməyə çalışır. Bu baxımdan demək olar ki, Paşinyan üç tərəfdən təzyiq altındadır.
Nəzərə almaq lazımdır ki, Ermənistan daxilində mövcud iqtidarın siyasətindən narazı olan, həmçinin Rusiyaya bağlı xeyli qüvvə var. Kremlin əlaltıları vasitəsilə Ermənistanda çox şey edə, o cümlədən Paşinyanın “qulağını çəkə bilər”. Əlbəttə, bunu hökumət başçısı özü də bilir. Onun təhlükəsizliyi ilə bağlı əsas narahatlığı da, yəqin, bununla bağlıdır.
Ümumiyyətlə, Paşinyan riskli addımlar atır. Və təbii ki, ehtimal olunan risklər həm Paşinyanın hakimiyyətinə, həm də onun şəxsi təhlükəsizliyinə aiddir.
Sözsüz ki, baş nazirin təhlükəsizlik tədbirlərini gücləndirməsi birmənalı olaraq ona qarşı hansısa sui-qəsd planı hazırlanması və ya bunun baş verəcəyi kimi qiymətləndirilməlidir. Hərçənd, görünür iqtidardan narazı qüvvələr getdikcə artır. Bu mənada gələcəkdə hakimiyyət əleyhinə aksiyaların baş tutması və hətta çevriliş cəhdləri istisna deyil. Belə bir ssenari məhz Rusiyanın iştirakı ilə də mümkündür. Çoxlarına sirr deyil ki, Moskva indiyədək bir neçə dəfə Paşinyanı devirmək istəyib. Amma Qərb onu hakimiyyətdə saxlamağı bacarıb.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir