Kənan Novruzov: Pakistan Baş naziri Hindistanla toqquşmadan sonra niyə Azərbaycana gəlir?
Pakistanın Baş naziri Şahbaz Şərif gələn həftə Türkiyə, İran və Azərbaycana səfər etməyə hazırlaşır. Bu barədə “Dailytimes” məlumat yayıb.
Səfər Hindistanla artan gərginlik fonunda diplomatik əlaqələri gücləndirmək və dəstək qazanmaq məqsədi daşıyır.
O, Hindistanla davam edən qarşıdurma zamanı göstərdikləri dəstəyə görə minnətdarlığını bildirmək üçün bu ölkələrin yüksək səviyyəli liderləri ilə görüşəcək.
Pakistanla Hindistan arasında bir müddət əvvəl baş verən hərbi gərginlik rəsmi İslamabadın qələbnəsi ilə başa çatdı. Ş.Şərif özü də zəfəri elan elan etdi.
Həmin günlərdə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ayrı- ayrılıqda təşkilatın üzvləri Pakistana diplomatik dəstək verdilər. İndi Ş.Şərifin Türkiyə, İran və Azərbaycana səfəri həm də minnətdarlıq səciyyəsi daşıyacaq.
İkinci bir tərəfdən, dünya nizamı dəyişir. Bir çox regionda, o cümlədən Asiyada yeni reallıqlar yaranır. Hindistanla – Pakistan arasında gərginliyin yenidən başlanma ehtimalı heç də az deyil. Hər halda bunda maraqlı olan qüvvələr var. Belə olan halda Pakistanın tərəfdarlarının dəstəyindən əmin olması başa düşüləndir.
Ş.Şərifin adı çəkilən ölkələrə səfəri zamanı, sözsüz ki, həm də ikitərəfli münasibətlər müzakirə olunacaq. İran, Türkiyə və Azərbaycanın Pakistanla xoş və müsbət münasibətlərini nəzərə alsaq deməliyik ki, görüşlər məhsuldar, yaddaqalan olacaq.
Görüşlər çərçivəsində müəyyən razılıqların əldə olunması, sənədlərin imzalanması da mümkündür.
Kənan Novruzov
Share this content:
Yorum gönder