Dünən Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıda və İrəvanda səfərdə. O, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla müzakirələr aparıb. Görüşlərdə əsas mövzu kommunikasiyaların açılması olub.
Əlbəttə, Soçidə keçiriləcək üçtərəfli görüş ərəfəsində bu səfərlər heç də təsadüfi deyil. Şübhəsiz, Moskva həmin görüşün ssenarisini artıq hazırlayıb. Overçukun dünənki müzakirələri isə görüş üçün bir növ hazırlıq idi. Yəqin ki, Soçi görüşünün konturları artıq hər üç tərəfə məlumdur.
Rusiya Soçidə müəyyən razılıqların əldə olunmasına, hansısa sənədlərin imzalanmasına çalışacaq. Çünki Kreml Brüssel görüşünədək əsas məsələlərin həllində maraqlıdır. Başqa sözlə desək, Moskva istəyir ki, Brüsseldə müzakirə olunacaq məsələ qalmasın. Əks halda Qərb Cənubi Qafqazda baş verən proseslərin əsas iştirakçısına çevriləcək, Rusiya kölgədə qalacaq.
Bakı və İrəvan da bunları yaxşı bilir. Təsadüfi deyil ki, Ermənistan son ana kimi görüşə getmək istəmirdi. Hətta bu istiqamətdə Putinin Paşinyana təzyiq göstərməsi də istisna deyil.
Proseslər, o cümlədən Rusiya baş nazir müavininin səfərləri onu deməyə əsas verir ki, Soçi görüşünün nəticələri daha çox Azərbaycanın xeyrinə olacaq, nəinki Ermənistanın. Sadəcə diplomatiyamız qətiyyətli, inamlı və ardıcıl olmalıdır. İkitərəfli və üçtərəfli təmaslarda hücum mövqeyindən geri çəkilməməli, addım- addım irəli getməli, Moskva və İrəvan arasındakı birmənalı olmayan münasibətlərdən yararlanmalıyıq.
Kənan Novruzov kafkassam
- Anasayfa
- »
- Azerbaycan
- »
- Kənan Novruzov: Overçukun səfərləri Soçi görüşünə hazırlıq idi
Kənan Novruzov: Overçukun səfərləri Soçi görüşünə hazırlıq idi
455 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.