KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Nüvə müharibəsi başlayır?: Tramp qərar verəcək

Kənan Novruzov: Nüvə müharibəsi başlayır?: Tramp qərar verəcək

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
22 0

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu TASS-a müsahibəsində bildirib ki, beynəlxalq arenada böyük dövlətlər arasında geosiyasi rəqabət kəskinləşir, nüvə dövlətlərinin iştirakı ilə hərbi toqquşma riskləri artır.
“Dünyada münaqişələrin artması və geosiyasi rəqabətin kəskinləşməsi fonunda böyük dövlətlər arasında, o cümlədən nüvə dövlətlərinin iştirakı ilə hərbi toqquşma riskləri artır”, – o qeyd edib.

Bu gün dünyada çox ciddi siyasi böhranlar baş verir. Dünya nizamı yenidən qurulur. Dünya xəritəsi yenidən tərtib olunur.
Fərqli regionlarda müxtəlif dövlətlər arasında davam edən gərginlik və müharibələr dünya təhlükəsizliyini təhdid edir. Bu isə öz növbəsində nüvə müharibəsi ehtimalını artırır.
Şoyqunun dediyi kimi, bu, özünü daha çox böyük dövlətlərin rəqabətində göstərir. Çünki nüvə silahına malik olanlar məhz onlardır.

Rusiya ilə NATO arasında artan gərginlik, əlbəttə, nüvə silahının tətbiqi ilə bağlı ehtimalları da artırır. Əvvəl də dediyimiz kimi, Rusiya itirməyə nəyinsə qalmadığından əmin olandan nüvə müharibəsinə başlaya bilər. Amma bu, onun özünə də asan başa gəlməyəcək. Adekvat addımlar atılacaq. Odur ki, hələlik Moskva da, Qərb də təmkinli davranır. ABŞ və müttəfiqləri Kremli tam “küncə sıxmaq” istəmirlər.

Əslində bu məsələ Qərb müttəfiqləri arasında ciddi fikir ayrılıqları yaradır. Belə ki, bəziləri Rusiyanın təhdidlərini real qiymətləndirir, bəziləri isə sadəcə populist bəyanat kimi dəyərləndirir. Bununla bağlı olaraq bəzi dövlətlər Kremlə təzyiqi artırmaqda, bəziləri isə, əksinə, azaltmaqda israrlıdırlar.

Rusiya indiyə kimi nüvə silahının tətbiqi ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Amma hələ ki nüvə silahı tətbiq edilməyib. Bu, Rusiyanın sözünə inamı azaldır. Bəzi dövlətlər Kremlin oxşar xəbərdarlıqlarına artıq qeyri- ciddi yanaşırlar. Bunu rəsmi Moskva da başa düşür.

Beləliklə, nüvə müharibəsi ehtimalı öz aktuallığını qoruyur. İndi çox şey ABŞ Prezidenti Donald Trampın siyasətindən asılı olacaq.

Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir