KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: NATO sammitində İsveç və Finlandiya ilə bağlı hansı qərar qəbul edilə bilər?

Kənan Novruzov: NATO sammitində İsveç və Finlandiya ilə bağlı hansı qərar qəbul edilə bilər?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
49 0

“Sabah NATO Baş katibinin xahişi ilə Madriddə Prezidentimizin iştirakı ilə Türkiyə, NATO, İsveç və Finlandiyanın iştirakı ilə dördtərəfli sammit keçiriləcək”. Bunları Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Bu sammit olacaq. Tədbirdə iştirak etməyimiz mövqeyimizdən geri çəkilmək anlamına gəlmir”, – Türkiyə rəsmisi vurğulayıb.
O, həmçinin adıçəkilən dövlətlərdən terror təşkilatlarına münasibətlə bağlı konkret mövqe gözlədiklərini ifadə edib.
Məlum olduğu kimi, sabahdan etibarən iki gün müddətində Madriddə NATO- nun sammiti keçiriləcək. Əlbəttə, iclasın əsas mövzularından biri də İsveç və Finlandiyanın Alyansa mümkün üzvlük məsələsi olacaq. Bu mənada dördtərəfli sammitdə əldə ediləcək nəticə, yəqin ki, həm də Alyansın məsələ ilə bağlı ümumi rəyini müəyyənləşdirəcək.
Hazırkı situasiyada İsveç və Finlandiyanın NATO-ya üzvlüyü real görünmür. Təkcə Türkiyənin etirazı belə düşünmək üçün kifayət qədər ciddi əsasdır. Çünki mövcud qaydalara əsasən Alyans daxilində üzvlərdən biri yeni ölkənin mümkün üzvlüyünə etiraz edərsə, müsbət qərar qəbul edilmir. Türkiyənin mövqeyi qətidir. Qardaş ölkənin terrorçulara qarşı qətiyyətli mübarizəsi göz önündədir. Belə olan halda Ankaranın terrorçuları dəstəkləyən iki ölkəyə güzəştə gedəcəyi, beləliklə, həm da öz təhlükəsizliyinə təhdid yaradacağı ağlabatan deyil. İkinci bir tərəfdən, Türkiyədə prezident seçkiləri yaxınlaşır. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təbliğat kampaniyasının əsas istiqamətlərindən birini də məhz terrorla mübarizəni NATO miqyasına, qlobal səviyyəyə çıxarmasıdır. Əgər İsveç və Finlandiyanın NATO- ya üzvlüyü ilə bağlı müsbət qərar qəbul edilsə, bu, AK parti iqtidarının reytinqini xeyli aşağı salacaq. Əlbəttə, bunu mövcud hakimiyyət özü də bilir.
Həmçinin, yəqin ki, NATO Türkiyə ilə “bütün körpüləri yandırmaq” istəməz. Çünki Ankara Alyans üçün kifayət qədər önəmli müttəfiqdir. Bəlkə də, NATO daxilində bəziləri Türkiyəyə qarşı Yunanıstan “kartından” istifadə etməyə çalışa bilərlər. Lakin bunun istənilən effekt verəcəyi inandırıcı görünmür.
Bu mənada mümkündür ki, sammit nəticəsində İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyünün növbəti dəfə müzakirə olunacağı tarix müəyyənləşsin və dialoqlar o zamana kimi davam etsin. Beləliklə, “nə şiş yanacaq, nə kabab”.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.