KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: NATO Rusyaya karşı B planını da harekete geçiriyor

Kənan Novruzov: NATO Rusyaya karşı B planını da harekete geçiriyor

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
206 0

NATO Rusiya ilə bağlı “B” variantını işə salır: Gürcüstan və Moldova “kartı”…
NATO Baş katibi Yens Stoltenberq deyib ki, Rusiya Prezidenti Vladimir Putin sülhə yox, daha böyük müharibəyə hazırlaşır. O söyləyib ki, NATO öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə və Rusiyanın təzyiqi altında olan digər tərəfdaşlarına dəstək verməyə davam edəcək: “Mən dünən Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə danışdım. Biz qərara gəldik ki, NATO müttəfiqləri Ukraynaya dəstəyi davam etdirsin və artırsın. Məqsədimiz Ukraynanın qalib gəlməsidir”.
Baş katibin sözlərinə görə, NATO Moldova, Gürcüstan və Bosniya və Herseqovina da daxil olmaqla Rusiyadan təzyiq hiss edən digər tərəfdaşları da dəstəkləyəcək.
Əvvəllər də dediyimiz kimi, müharibənin yaxın vaxtda başa çatacağı gözlənilmir. Əksinə, çox güman, savaşın miqyası genişlənəcək.
Artıq müharibənin başa çatması nə Moskvadan asılıdır, nə də Kiyevdən. “İplər birbaşa olaraq Qərbin əlindədir”. Ukrayna geri addım atsa, NATO bu dövlətə dəstəyi azaldacaq. Rusiya isə indiki halda, ümumiyyətlə, sülh barədə düşünə bilməz. Çünki bu daxili narazılığa və Qərbin Kremlə təzyiqlərinin artmasına səbəb ola bilər.
Aydındır ki, NATO müharibənin bitməsində maraqlı deyil. Çünki Alyans ölkələri məhz Ukrayna “kartından” istifadə etməklə Rusiyanı zəiflətməyə çalışır. Rusiya isə hələ ki, müqavimət göstərir.
Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski söyləyib ki, müdafiə qüvvələri qarşıdakı aylarda ək-hücum əməliyyatlarına başlayacaqlar. Rəsmi Kiyevin bu açıqlaması ilə Stoltenberqlə Kulebanın əldə etdiyi razılıq bir-birini tamamlayır. Yəqin ki, yaxın vaxtlarda NATO Ukraynaya daha çox hərbi texnika göndərəcək. Çünki bu, Alyansın özünə lazımdır.
Rusiyaya qarşı ikinci cəbhənin açılması məsələsi də son günlər gündəmdədir. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bu günlərdə demişdi ki, Qərb Gürcüstanda ikinci cəbhə açmağa çalışır. Əslində, bu, mümkündür.
NATO həm Moldovanın, həm də Gürcüstanın təhlükəsizliyini təmin etmək adı ilə gələcəkdə bu ölkələrdə Rusiyaya qarşı ikinci cəbhə aça bilir. Bu, heç də utopiya deyil.
Hər halda NATO hələ sakitləşənə oxşamır. Sözsüz ki, Rusiyaya təzyiqlər artırılacaq. Alyans “B variantı” kimi Gürcüstan və Moldova “kartından” istifadə edə bilər.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir